Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Şəhərin istənilən yerindən Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmək çox asandır. Bütün yollar günün 24 saatı açıqdır. Hava limanında hər bir terminalın qarşısında avtomobillər üçün rahat dayanacaq mövcuddur. Hava limanına istiqaməti göstərən yol nişanlarına riayət etməklə və ya Xəritədə hava limanını seçməklə səfərinizi planlaşdıra bilərsiniz.
Heydər Əliyev Beynəlxalq Aeroportundakı dayanacaq barədə ətraflı məlumat
Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır.
Aviaşirkətinizdən asılı olaraq, Siz uçuşdan 48 saat əvvəl “onlayn” qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat masaları uçuş vaxtından ən azı 2 saat əvvəl açılır. Səyahət üçün etibarlı sənədlərinizi – pasport, aviabilet və ya təxsisetməni təsdiq edən sənədi və son təyinat məntəqəsinə
giriş vizanızı (əgər mövcuddursa) təqdim edin. Aeroportunun xidmət və imkanlardanxidmət və imkanlardan daha yaxşı zövq almaq üçün daha tez qeydiyyatdan keçmək imkanı verir.
Aviaşirkət və ya yerüstü xidmət əməkdaşlarından biri sizin baqajı baqaj lentinə yerləşdirərək baqaj birkasını baqajın üzərinə yapışdırır və sizə talon təqdim edir
Baqajda daşınması qadağan olunmuş əşyalarının siyahısına bax
Bəyan edilməli olan əşyanız olmadığı halda, birbaşa birbaşa Təhlükəsizlik baxışı zonasına keçin.
Zəhmət olmasa, mühafizə edilən zonaya daxil olarkən yoxlanılması üçün pasportunuzu və minik talonunuzu hazır edin. Sizdən təhlükəsizlik baxışından keçməyiniz və əl yükünüzü rentgen qurğusundan keçirməyiniz tələb edilir.
Bütün maye və gellərinizi tutumu 1 litrdən artıq olmayan şəffaf plastik paketlərə (20sm x 20sm) qoymalısınız. Hər bir sərnişin üçün 1 ədəd plastik paket nəzərdə tutulur. Plastik paketləri Təhlükəsizlik xidmətinin əməkdaşlarından istəyə bilərsiniz.
Şəxsi gigiyenanız üçün maye və gellərinizi özünüzlə hava gəmisinə götürə bilərsiniz, lakin hər bir konteynerin həcmi 100 ml-dən artıq olmamalıdır. Onların ümumi həcmi 1 litrdən çox olmamalıdır. Nəzərə alın ki, 200 ml həcmli şüşə qab yarıya qədər dolu olduqda belə, o 200 ml hesab ediləcək.
Siz özünüzlə lazımi qədər pəhriz qidası və ya dərman vasitəsi götürə bilərsiniz. Bunun üçün dərman vasitəsinin istifadəsinə göstərişi gətirməyi unutmayın (istifadəsinə göstəriş İngilis, Azərbaycan və ya Rus dilində yazılmalıdır)
Telefon, noutbuk, planşet və elektron kitablar müvəqqəti olaraq əl yükünüzdən çıxarılmalıdır. Onları pulqabı, qol saatı, kəmər, açar və cibinizdə olan digər əşyalarınızla birgə qaba yığaraq konveyer lentinin üzərinə qoymalısınız.
Zəhmət olmasa üst geyiminizi – gödəkcə, jaket, palto, papaq, boğazlı ayaqqabılarınızı çıxarın və qaba yığaraq konveyer lentinin üzərinə qoyun.
Təhlükəli əşyalar siyahısında sadalananlar istisna olmaqla, əl yükünüzdə bir sıra əşyaların daşınmasına icazə verilir. İti və küt əşyaların əl yükündə daşınması qadağandır.
Baqajda daşınması qadağan olunmuş əşyalarının siyahısına bax
Nəzərə alın ki, tələb edildiyi halda siz gücləndirilmiş təhlükəsizlik baxışından keçə bilərsiniz.
Xahiş edirik, Pasportu hazır vəziyyətdə saxlayın və prosedurlardan keçmək üçün müvafiq sərhəd nəzarəti masasına gedin. Pasportunuzu hazırlamağınız və “Azərbaycan Respublikasının vətəndaşları”, “Xarici vətəndaşlar” və ya “Diplomatik pasportları olan sərnişinlər” qeyd olunan müvafiq masaya yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.
Pasport nəzarəti başa çatdıqdan sonra, birinci mərtəbədə baqajın təhvili zonasına keçin. Əlil arabalarından istifadə edən sərnişinlər pasport nəzarəti məntəqəsindən keçdikdən sonra liftlərdən istifadə edə bilərlər
Minik talonunuzda və ya terminalın ekranlarında göstərilən qapıya yaxınlaşın. Minik Qapıya vaxtında gəlin. Diqqət yetirin ki, təyyarə sizi gözləməyəcəkdir və heç bir çağırış edilməyəcəkdir.