Prosedurlar

Yerli gəliş prosedurları

Hava gəmisini tərk edin

Bütün Yerli Reyslər 2-ci Terminala gəlir.

Təyyarədən endikdən sonra Baqaj Alınma zonasına keçin.

Gələn sərnişinlər üçün qeydlər

  • Nəzərə alın ki, bütün yerli reyslər 2-ci Terminala gəlir.
  • Siz baqajınızı baqaj alınma zonasında baqaj lentindən götürə bilrəsiniz.
  • Əgər, baqajınızı itirmisinizsə və ya baqajınız zədələnibsə, Baqaj Axtarışı (Lost&Found) bürosuna yaxınlaşın.

Baqajın təhvil alınması

Baqajın təhvili zonasına gedin. Reysiniz üçün hansı baqaj konveyerinin istifadə olunduğunu müəyyən etmək üçün yaxınlığınızdakı məlumat ekranlarına baxmağınız xahiş olunur. Baqajın daşınması üçün konveyerin yaxınlığında qoyulan ödənişsiz arabalardan istifadə edə bilərsiniz.

Gələn sərnişinlər üçün qeydlər

Terminal 2 - Qeyri-standart baqaj verilmə yeri

Xəritədə göstər

Baqajım haradadır?

Bəzən baqajınızın baqaj konveyerində görünməsi üçün vaxt tələb olunur. Baqajınız gəlmədiyi halda, Baqaj Axtarışı bürosuna yaxınlaşın.

Baqaj Axtarışı şöbəsi

E- mail: lostandfound@asg-groundhandling.az
Tel: +994 12 497-26-00 ext.: 78-80
Mob: + 994 51 235 78 68; +994 50 246 10 69

Qarşılama zalı

Baqajin götürdükdən sonra qarşılanma zalında qohumlarınızla və dostlarınızla görüşə bilərsiniz.

Aerportdan nəqliyyat

Aero Express

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün səhər saat saat 06.00-dan gecə saat 01.00-dək xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.

Daha ətraflı

Taksi

Rəsmi Taksi: Bakı Taksi Xidməti MMC Əməliyyat sahəsi: Bakı şəhəri və Abşeron yarımadası Ödəniş metodu: Nağd və debet / kredit kartları.

Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız terminalı tərk etdikdən sonra taksi sifariş etməyinizi tövsiyə edirik.

Daha ətraflı