Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bütün Beynəlxalq Reyslər 1-ci Terminala gəlir.
Təyyarədən endikdən sonra Sərhəd yoxlanışına keçmək üçün nişanlara diqqət edin.
Xahiş edirik, Pasportu hazır vəziyyətdə saxlayın və prosedurlardan keçmək üçün müvafiq sərhəd nəzarəti masasına gedin.
Pasportunuzu hazırlamağınız və “Azərbaycan Respublikasının vətəndaşları”, “Əcnəbi vətəndaşlar” və ya “Diplomatik pasportları olan sərnişinlər” qeyd olunan müvafiq masaya yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.
Pasport nəzarəti başa çatdıqdan sonra, birinci mərtəbədə baqajın təhvili zonasına keçin. Əlil arabalarından istifadə edən sərnişinlər pasport nəzarəti məntəqəsindən keçdikdən sonra liftlərdən istifadə edə bilərlər.
Masa №: 1
Masa №: 2, 3
Masa №: 2-13
Masa №: 14-22
Masa №: 23
Masa №: 24, 25 Ancaq Azərbaycan Vətandaşları üçün
e-Viza 3 (üç) iş günü ərzində verilir.
“ASAN VISA” haqqında daha geniş məlumatla www.evisa.gov.az səhifəsində tanış ola bilərsiniz.
Giriş vizasına ehtiyacınızın olub-olmadığını buradan yoxlaya bilərsiniz: www.iatatravelcentre.com
Belarusiya
90 günGürcüstan
90 günQazaxıstan
90 günQırğızıstan
90 günMoldova
90 günRusiya
90 günTacikistan
90 günTürkiyə
90 günUkrayna
90 günÖzbəkistan
90 günGələn sərnişinlər ikinci mərtəbədə sərhəd yoxlama məntəqlərindən öncədən ASAN VİZA onlayn kioskları vasitəsilə vizanı əldə edə bilərlər.
Bəhreyn
30 günMalayziya
30 günKüveyt
30 günYaponiya
30 günİsrail
30 günİran
30 günİndoneziya
30 günÇin
30 günOman
30 günQatar
30 günSinqapur
30 günCənubi Koreya
30 günBƏƏ
30 günSəudiyyə Ərəbistanı
30 günBaqajın təhvili zonasına gedin. Reysiniz üçün hansı baqaj konveyerinin istifadə olunduğunu müəyyən etmək üçün yaxınlığınızdakı məlumat ekranlarına baxmağınız xahiş olunur. Baqajın daşınması üçün konveyerin yaxınlığında qoyulan ödənişsiz arabalardan istifadə edə bilərsiniz.
Qeyri-standart baqaj, məsələn velosipedlər, liftin arxasındakı baqaj təhvili zonasında yerləşən ayrıca otaqdan təhvil verilir. Bütün qeyri-standart baqaj xüsusi ayrılmış zonada yerdə yığılır.
Xəritədə göstərBəzən baqajınızın baqaj konveyerində görünməsi üçün vaxt tələb olunur. Baqajınız gəlmədiyi halda, liftlərin arxasında yerləşən İtirilmiş və tapılmış əşyalar bürosuna yaxınlaşın. 2-ci və 3-cü Baqaj Lentlərin arasında yerləşən məlumat ekranından istifadə edərək, üstünlük verdiyiniz nəqliyyat vasitələrini seçin. Daxili reysə keçən səyahətçilər bu səhifəni görməlidirlər.
E- mail: lostandfound@asg-graundhandling.az Tel: +994 12 497-26-00 ext.: 78-80 Mob: +994 51 235 78 68; +994 50 246 10 69
Bəyan edilməli olan əşyanız olmadığı halda, birbaşa “yaşıl dəhliz” vasitəsi ilə qarşılama zalına keçin.
Gömrük nəzarətindən keçdikdən sonra qarşılanma zalında qohumlarınızla və dostlarınızla görüşə bilərsiniz.
“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.
Rəsmi Taksi: Bakı Taksi Xidməti MMC Əməliyyat sahəsi: Bakı şəhəri və Abşeron yarımadası Ödəniş metodu: Nağd və debet / kredit kartları.
Rəsmi Taksi siz 1-ci Terminalın qarşılanma zonasında (bayıra çıxış qapıların yanında) Baku Taksi Xidmətinin rəsmi masasından sifariş edə bilərsiniz.
Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız baqajınızı aldıqdan sonra taksi sifariş etməyinizi tövsiyə edirik.