Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək səviyyəli xidmət və rahatlığı təmin edən mühüm nəqliyyat qovşağıdır. Azərbaycanın səkkiz beynəlxalq hava limanlarından biri olan Bakı Beynəlxalq Aeroportu 10 mart 2004-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb.
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu regionda və dünyada aparıcı hava limanlarından biri olaraq qalmaq üçün öz imkanlarını inkişaf etdirməyə və təkmilləşdirməyə davam edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards 2024” mükafatının “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı”, “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı hava limanı işçiləri” nominasiyalarında növbəti dəfə qalib olmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçən ilk hava limanı olmuşdur.
Bakı hava limanı “World Airport Awards 2023” mükafatına görə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional hava limanı” kimi tanınıb. O, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportu nüfüzlu “Skytrax World Airport Awards 2022” agentliyinin qiymərləndirməsinə görə Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfə ən yaxşı hava limanları reytinqinə başçılıq edib. Həmçinin ilk dəfə daha bir mühüm nominasiyada – “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olmuşdur.
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” tərəfindən verilən “Rusiya və MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı” statusunu təsdiq etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir
Heydər Əliyev Beynəlxalq Hava Limanı postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülmüşdür
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu yenidən SKYTRAX-nın “4 ulduz” dərəcəsinə layiq görülüb
Bütün Beynəlxalq sərnişin reysləri 1-ci terminalından yerinə yetirilməsinə başlanmışdır.
Heydər Əliyev Beynəlxalq Aeroportu SKYTRAX-nın “4 ulduz” dərəcəsinə layiq görülüb
“Azərbaycan Hava Yolları” (QSC) aviaşirkəti Bakı- Nyu-York - Bakı marşrutu üzrə ilk sərnişin hava reysini yerinə yetirmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Yeni 1-ci Terminalından birinci sərnişin reysi həyata keçirilmişdir. Reys Azərbaycan Hava Yolları tərəfindən Bakı – İstanbul (Sabihə Gökçən) – Bakı marşrutu üzrə həyata keçirilmişdir.
23 aprel 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının açılışı olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişlər.
«Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda “Silkway Technics” şirkətinin yeni anqar kompleksinin, Beynəlxalq Logistika Mərkəzinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək, yeni alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxmışdır.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və tikinti işləri ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.
Bakı Yük Terminalının (BCT) açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Yerli Hava xətləri aerovağzalı istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Bakı” aeroportuna Heydər Əliyev Beynəlxalq Hava Limanı verilmişdir.
“Bakı” Hava Limanının ətrafına elektron hasar quraşdırılıb
“Bakı” Hava Limanında “AZALOİL” müəssisəsi üçün yeni təyyarə yanacaqdoldurma məntəqəsi inşa olunub
“Bakı” Hava Limanında uşuların idarəetmə sisteminin yenidən qurulması başa çatmşır.
“Bakı” hava limanında yeni aerovaşzal kompleksi (Beynəlxalq terminal) istifadəyə verilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl iştirak etmişdir.
“Bakı” hava limanının yeni uçuş-enmə zolağının açılış mərasimi keçirilmişdir.
“Bakı” Hava Limanının Beynəlxalq aerovağzal kompleksi layihəsinin (hazırda Terminal 2) təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.
Bakı aeroport tikilib istifadəyə verilmişdir.
“Bakı” aeroportuna “beynəlxalq aeroport” statusu verilib.
Bakı aeroportunun yeni aerovağzalı istismara verilib
İlk dəfə olaraq İl-18 təyyarəsinin Moskva-Bakı marşrutu üzrə birinci reysi həyata keçirilmişdir.
UEZ 1
No. 16/34 class «B»EEZ-nin ölçüləri
4 000 x 60ICAO
IIIPCN
150/F/B/W/TEniş maqnit istiqaməti
161/341Eniş maqnit istiqaməti
Asfalt-BetonUEZ 1
No. 17/35 class «B»EEZ-nin ölçüləri
3 200 x 45ICAO
IIIPCN
150/F/B/W/TEniş maqnit istiqaməti
173/353UEZ-nin səthi
Asfalt-BetonİCAO-nun enmə kateqoriyası
3Yerli vaxt
UTC +4İş saatları
24/7Yönəldici Yol
A, B, C, D, E, G, H, J, L, M, N, P, R, S, TКoordinatları
40°28′3″N, 50°2′48″EHeydər Əliyev Beynəlxalq Aeroportu bütün növ təyyarələri və helikopterləri qəbul edə bilər.
Heydər Əliyev Beynəlxalq Aeroportununda iki Terminal fealiyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətlərini təqdim edir.
Terminal 1
65 000 m2Terminal 2
60 000 m2Terminal 1
12Terminal 2
4Terminal 1
15Terminal 2
8Terminal 1
40Terminal 2
48Terminal 1
24Terminal 2
10Terminal 1
4Terminal 2
4Azərbaycanın hava nəqliyyatı sistemi 9 beynəlxalq hava limanını əhatə edir. Bunlardan 8-i regionlarda yerləşir və ölkənin turizm, biznes, logistika və beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfə verir.
Azərbaycanın ikinci böyük şəhərinə xidmət edən bu hava limanı Qərb bölgəsinin əsas hava qapısıdır. Beynəlxalq statusunu 1996-cı ildə qazanmış və regionun iqtisadi, turizm və mədəni əlaqələrinin inkişafına böyük təkan vermişdir.
Qədim diyarın dünyaya açılan hava qapısıdır. İlk dəfə 1970-ci illərdə fəaliyyətə başlamış, 2004-cü ildə isə müasir terminal kompleksinin istifadəyə verilməsi ilə beynəlxalq status qazanmışdır. Hazırda Naxçıvan MR-in əsas nəqliyyat mərkəzlərindən biridir.
Azərbaycanın cənub bölgəsinə xidmət edən hava limanı 8 oktyabr 2008-ci ildə rəsmi olaraq istifadəyə verilmişdir. Regionun kənd təsərrüfatı, turizm və nəqliyyat potensialının gücləndirilməsində mühüm rol oynayır.
Ölkənin turizm mərkəzlərindən biri olan Qəbələdə yerləşən bu hava limanı 17 noyabr 2011-ci ildə açılmışdır. Əlverişli coğrafi mövqeyi və dağ turizminin inkişafı ilə seçilən Qəbələ bölgəsinin xarici turistlər üçün daha əlçatan olmasına imkan yaradır.
Azərbaycanın şimal-qərb bölgəsini əhatə edən bu liman ilk dəfə 2008-ci ildə istifadəyə verilmiş, 2018-ci ildə isə tam yenidənqurmadan sonra fəaliyyətini bərpa etmişdir. Zaqatala bölgəsi sərhəd ərazidə yerləşməsi səbəbilə strateji əhəmiyyət daşıyır.
Qarabağ bölgəsində rekord müddətə inşa edilən ilk yeni hava limanı kimi xüsusi əhəmiyyətə malikdir. 26 oktyabr 2021-ci ildə açılışı baş tutmuş və azad olunmuş ərazilərin bərpasında simvolik layihələrdən biri olmuşdur.
Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən bu hava limanı 20 oktyabr 2022-ci ildə istifadəyə verilmişdir. Regionun logistika imkanlarını genişləndirir və yeni iqtisadi potensialın reallaşmasına xidmət edir.
Azərbaycanın ən yüksək hündürlüklü beynəlxalq hava limanıdır. 28 may 2025-ci ildə açılışı keçirilmiş və Qarabağla Şərqi Zəngəzur bölgələrinin beynəlxalq nəqliyyat əlaqələrində mühüm rol oynamağa başlamışdır.
|
Hava Limanı |
Kodlar (IATA / ICAO) |
Ünvan |
Əlaqə nömrəsi |
|
Heydər Əliyev Beynəlxalq Hava Limanı (Bakı) |
GYD / UBBB |
Heydər Əliyev Prospekti, Binə qəsəbəsi, Xəzər rayonu, Bakı, AZ1044, Azərbaycan |
+994 12 497 27 27 |
|
Naxçıvan Beynəlxalq Hava Limanı |
NAJ / UBBN |
Heydər Əliyev prospekti 21, Naxçıvan şəhəri, Azərbaycan |
+994 36 544-47-12 |
|
Gəncə Beynəlxalq Hava Limanı |
GNJ/ UBBG |
Şəmkir şossesi 1, Gəncə şəhəri, AZ2000, Azərbaycan |
+994 22 256 99 63 |
|
Qəbələ Beynəlxalq Hava Limanı |
GBB / UBBQ |
Heydər Əliyev prospekti 226, Qəbələ şəhəri, AZ3600, Azərbaycan |
+994 24 204 01 02 |
|
Lənkəran Beynəlxalq Hava Limanı |
LLK / UBBL |
Kərgəlan yolu, Kərgəlan kəndi, Lənkəran rayonu, Azərbaycan, AZ4200 |
+994 25 255 32 36 |
|
Zaqatala Beynəlxalq Hava Limanı |
ZTU / UBBY |
Yevlax-Zaqatala-Gürcüstan yolu, Zaqatala, AZ6200, Muxax kəndinin yaxınlığı |
+994 12 598 52 37 |
|
Füzuli Beynəlxalq Hava Limanı |
FZL / UBBF |
Füzuli rayonu, Qarabağ bölgəsi, Azərbaycan |
+994 12 497 27 27 |
|
Zəngilan Beynəlxalq Hava Limanı |
ZZE / UBBZ |
Zəngilan rayonu, Şərqi Zəngəzur bölgəsi, Azərbaycan |
+994 12 497 27 27 |
|
Laçın Beynəlxalq Hava Limanı |
LHL / UBBF |
Qorçu kəndi yaxınlığı, Laçın rayonu, Azərbaycan |
+994 12 497 27 27 |