Avtomobillərin İcarəyə Götürülməsi

Hertz

HERTZ dünyanın ən böyük avtomobil icarəsi markalarından biridir və bu gün 150-dən çox ölkədə 10 000 satış nöqtəsi ilə təmsil olunur. 2014-cü ildən HERTZ markası Azərbaycanda öz fəaliyətinə başlayıb və qısa müddət ərzində müştərilərinin etibar və rəğbətini qazana bilib. HERTZ Azerbaijan uzun və qısamüddətli avtomobil icarəsi xidmətləri göstərir. Təklif olunan nəqliyyat vasitələrinin siyahısında müştərinin istənilən tələbinə uyğun müxtəlif növ avtomobil seçimi mövcuddur. Şirkət öz fəaliyətində müştərilərinə yüksək səviyyəli xidmət göstərməyi rəhbər tutur. 24/7 fəaliyyət göstərən müştərilərə dəstək xidməti sayəsində istənilən vaxt sizi maraqlandıran suallara cavab, habelə lazımi kömək ala bilərsiniz. İndi hər kəs dünyaca məşhur HERTZ markasının əsl keyfiyyətini və yüksək səviyyəli xidmətini Azərbaycanda hiss edə bilər!

SIXT Rent a Car

“SRC” MMC şirkəti Azərbaycan ərazisində 13 yanvar 2020-ci il tarixindən etibarən “SIXT” beynəlxalq brendi altında fəaliyyətə başlamışdır.

“SIXT” yüksək keyfiyyətli mobil xidmətlərin aparıcı beynəlxalq təchizatçısıdır. Şirkət davamlı müştəri yönümlü, yenilik mədəniyyəti, yüksək texnoloji səriştəsi, donanmada Premium avtomobillərin yüksək payı və cəlbedici qiymət-performans nisbəti ilə seçilir.

Şirkətdə Azərbaycan, rus, ingilis, italyan, alman, ərəb və türk dillərini bilən satış mütəxəssisləri çalışır.

AVIS Rent a Car

15 aprel 1997-ci ildən “AVIS Otokoc” tərəfindən “Otokoc Azərbaycan” MMC adı altında Azərbaycan bazarına daxil olmuş şirkət uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 2300 ədəd nəqliyyat vasitəsilə Bakıda və regionda fəaliyyət göstərir. “AVIS Azərbaycan” sizə istehsalçı zəmanəti, beynəlxalq sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə bərabər yeni brend maşınlar təklif edir. Ən əsası isə şirkət 27 illik təcrübəsi çərçivəsində sizə təhlükəsizlik və məmnuniyyəti təqdim edir.

Şirkətdə azərbaycan, rus, ingilis və türk dillərini bilən satış üzrə mütəxəssislər mövcuddur.