Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
1. Giriş
Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq hava limanları əməkdaşlarının və sərnişinlərin sağlamlığının qorunması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Beynəlxalq Hava Limanları Şurasının (ACI), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təcrübə və tövsiyələrinə, o cümlədən xarici beynəlxalq aeroportların və aviaşirkətlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.
2. Hava limanında prosedurlar (uçub getmə proseduru)
Azərbaycandan uçuşları icra edən bütün aviadaşıyıcılar və sərnişinlər əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:
Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız aşağıdakı şəxslərin daxil olmasına icazə verilir:
3. Sərnişinlərin hava gəmisinə daxil olması prosesi
- Məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;
- Hava gəmisinə minik salondakı sonuncu sıraların sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması nəzərə alınmaqla aparılır;
Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar və sərnişinlər əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:
4.1 əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:
Yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında.
5. Biz sizin sağlamlığınıza və şəxsi gigiyenaya qayğısına qalırıq
Hava limanından səyahət edərkən özünüzü və birgə səyahət etdiyiniz sərnişinləri qorumaq üçün aşağıdakı dörd əsas məqamı yerinə yetirməyiniz xahiş olunur. Bu məqamlar həmçinin bütün terminallarımızda əks etdirilir.
Dezinfeksiyaedici vasitələr aşağıdakı yerlərdə təmin edilir:
Hava limanda çalışan bütün işçi personalımız sərnişinlərinin olduğu ərazilərdə tibbi maskalardan istifadə edir, həmçinin bütün sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər.
Özünüzü rahat hiss edə bilməniz üçün əlavə təmizlik tədbirləri də mövcuddur. Bu tədbirlərə ümumi istifadə üçün nəzərdə tutulmuş səthlərin, sensor ekranların, tutacaqların və s. təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi işçi personalı daxildir. Terminallarda yalnız tibbi maskaların və əlcəklərin utilizasiyası üçün aydın şəkildə işarələnmiş xüsusi “Fərdi qoruyucu vasitələr üçün qutular” mövcuddur.
Eskalatorun içərisində hərəkət edən rezin tutacaqların ultrabənövşəyi şüalar ilə təmizləyən xüsusi avadanlıq quraşdırılmışdır.
Gələn və gədən sərnişinlərin bütün baqajları ultrabənövşəyi şüalar ilə təmizlənir.
Səyahət zamanı sosial məsafənin saxlanması qaydalarının riayət edilməsi, əllərinizi mütəmadi olaraq yumaq və ya dezinfeksiya etməyiniz üçün terminal içi elanlar eşidəcəksiniz və çox sayda işarələr və rəqəmsal xatırlatmalar görəcəksiniz.
Sosial məsafənin saxlanılması zərurəti ilə, terminaldakı bəzi oturacaq yerləri məhdudlaşdırılmışdır. Yalnız “Oturmaq qadağandır” işarəsi olmayan oturacaqlardan istifadə edə bilərsiniz.