Təklifləriniz

Pandemiya (Covid-2019) dövründə səyahət edən sərnişinlər üçün məlumat

1. Giriş

Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq hava limanları əməkdaşlarının və sərnişinlərin sağlamlığının qorunması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Beynəlxalq Hava Limanları Şurasının (ACI), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təcrübə və tövsiyələrinə, o cümlədən xarici beynəlxalq aeroportların və aviaşirkətlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.

2. Hava limanında prosedurlar (uçub getmə proseduru)

Azərbaycandan uçuşları icra edən bütün aviadaşıyıcılar və sərnişinlər əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:

  • Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir.

Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız aşağıdakı şəxslərin daxil olmasına icazə verilir:

  • hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına;
  • sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər aeroportun xüsusi əməkdaşlarla müşayiət olunurlar).
  • Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu  yoxlanılır
  • Sərnişinlər aerovağzal kompleksinin ərazisində olduqları bütün vaxt ərzində maskadan istifadə etməlidirlər.

3. Sərnişinlərin hava gəmisinə daxil olması prosesi

 -  Məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;

 -  Hava gəmisinə minik salondakı sonuncu sıraların sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması nəzərə alınmaqla aparılır;

  1.  Uçub gəlmə proseduru

Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar və sərnişinlər əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:

4.1 əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

Yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında.

5. Biz sizin sağlamlığınıza və şəxsi gigiyenaya qayğısına qalırıq

Hava limanından səyahət edərkən özünüzü və birgə səyahət etdiyiniz sərnişinləri qorumaq üçün aşağıdakı dörd əsas məqamı yerinə yetirməyiniz xahiş olunur. Bu məqamlar həmçinin bütün terminallarımızda əks etdirilir.

  1.  -  Aeroportun Terminallarında olduğunuz zaman maskalardan istifadə edin.
  2.  -  Sosial məsafəni saxlayın.
  3.  -  Əllərinizi mütəmadi olaraq sabunla yuyun.
  4.  -  Dezinfeksiya edici məhluldan istifadə etməklə, əllərinizi təmiz saxlayın.
  •  -  Hər kəs sanitar qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidir.
  •  -  sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
  •  -  Sərnişinlər və işçi heyətinin rahatlığına üçün bütün nəzarət-yoxlama məntəqələrinin öncədən dezinfeksiyaedici vasitələri mövcuddur. 

Dezinfeksiyaedici vasitələr aşağıdakı yerlərdə təmin edilir: 

  •  -  aviasiya təhlükəsizliyi üzrə bütün baxış məntəqələrində; 
  •  -  qeydiyyat və “Self check-in” duracaqlarında; 
  •  -  sərhəd nəzarətində;
  •  -  minik zonasında;
  •  -  transfer zonasında; 
  •  -  ASAN VİZA aparatlarının yerləşdiyi zonada (fəaliyyət göstərdiyi təqdirdə); 
  •  -  baqajın təhvilalınma zonasında.

Hava limanda çalışan bütün işçi personalımız sərnişinlərinin olduğu ərazilərdə  tibbi maskalardan istifadə edir, həmçinin bütün sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər.

Özünüzü rahat hiss edə bilməniz üçün əlavə təmizlik tədbirləri də mövcuddur. Bu tədbirlərə ümumi istifadə üçün nəzərdə tutulmuş səthlərin, sensor ekranların, tutacaqların və s. təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi işçi personalı daxildir. Terminallarda yalnız tibbi maskaların və əlcəklərin utilizasiyası üçün aydın şəkildə işarələnmiş xüsusi “Fərdi qoruyucu vasitələr üçün qutular” mövcuddur.

Eskalatorun içərisində hərəkət edən rezin tutacaqların ultrabənövşəyi şüalar ilə təmizləyən xüsusi avadanlıq quraşdırılmışdır.  

Gələn və gədən sərnişinlərin bütün baqajları ultrabənövşəyi şüalar ilə təmizlənir.

Səyahət zamanı sosial məsafənin saxlanması qaydalarının riayət edilməsi, əllərinizi mütəmadi olaraq yumaq və ya dezinfeksiya etməyiniz üçün terminal içi elanlar eşidəcəksiniz və çox sayda işarələr və rəqəmsal xatırlatmalar görəcəksiniz.

Sosial məsafənin saxlanılması zərurəti ilə, terminaldakı bəzi oturacaq yerləri  məhdudlaşdırılmışdır. Yalnız “Oturmaq qadağandır” işarəsi olmayan oturacaqlardan istifadə edə bilərsiniz.