Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
"Məlumat masalarımız Terminal 1 və Terminal 2-nin daxilində yerləşir və rahatlığınız üçün uçuşlar və terminal avadanlqlarıı haqqında bütün zəruri məlumatları təqdim edir. Hər hansı bir sualınız olarsa, kömək üçün məlumat masasına müraciət edin."
Rahatlığınız üçün, Səyyar məlumat xidməti heyətimizdən uçuşlar və hava limanı təsisləri ilə bağlı hər hansı bir sualınızı verə bilərsiniz
Çağrı mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən və gələn reyslər barədə bütün məlumatları təqdim edir.Çağrı mərkəzinin telefon nömrəsi: +994 12 497 27 27. İş saatları: 24 saat
"Hava Limanımızda yerləşən Elektron Ədliyyə Köşkü, notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə imkan yaradır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, valideynlərdən biri ilə ölkədən getməyə hazırlaşan uşağın, digər valideyinin notarial şəkildə icazə kağızının olması vacibdir.Bu ərizəni verməyi unutmuş valideyn artıq heç bir yerə getmədən, vaxt itkisi yaşamadan, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanını birinci Terminalında həyata keçirə bilər.Bunun üçün Terminalda Ədliyyə Nazirliyinin quraşdırılmış köşkündən istifadə edə bilərlər."
Turist Məlumat Masası xarici turistlərə lazım olan bütün məlumatları təqdim edir.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vətəndaşları üçün “ASAN Visa” aparatları vasitəsilə birdəfəlik elektron viza rəsmiləşdirməsi mümkün olan ölkələrin siyahısı:
Qətər, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran İslam Respublikası, Çin Xalq Respublikası, Koreya Respublikası, Malayziya, Sinqapur, İsrail, Birləşmiş Ərəb Əmirlikləri
Qeyd: BƏƏ-də 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik şəxslər Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında e-visa xidmətindən istifadə edə bilər.
Qeyd: Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ-nin vətəndaşlarına Heydər Əliyev Beynəlxalq Aeroportunda 30 (otuz) günlük viza rəsmiləşdirilir.
Bu xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Heydər Əiyev Beynəlxalq Aeroportunda sərnişinlərə təqdim olunan xidmətlər barədə bütün məlumatları həmin Köşkülər vasitəsi ilə tapa bilərsiniz
Yerli SIM kartla rouminq xərclərinə qənaət edə bilərsiniz. Müxtəlif Azərbaycan operatorları və tarif paketləri seçərək, Azərbaycandan zəng etməyə və sms göndərə bilərsiniz.
Müşahidə zonası gələn sərnişinləri baqajın təhvili zonasında yaxın məsafədən görməyə imkan verən açıq, cəlbedici və geniş sahədir.