Məlumat Xidmətləri

Məlumat masaları

"Məlumat masalarımız Terminal 1 və Terminal 2-nin daxilində yerləşir və rahatlığınız üçün uçuşlar və terminal avadanlqlarıı haqqında bütün zəruri məlumatları təqdim edir. Hər hansı bir sualınız olarsa, kömək üçün məlumat masasına müraciət edin."

Səyyar məlumat xidməti işçiləri

Rahatlığınız üçün, Səyyar məlumat xidməti heyətimizdən uçuşlar və hava limanı təsisləri ilə bağlı hər hansı bir sualınızı verə bilərsiniz

Çağrı Mərkəzi

Çağrı mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən və gələn reyslər barədə bütün məlumatları təqdim edir.Çağrı mərkəzinin telefon nömrəsi: +994 12 497 27 27. İş saatları: 24 saat

Elektron Ədliyyə Köşkü

"Hava Limanımızda yerləşən Elektron Ədliyyə Köşkü, notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə imkan yaradır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, valideynlərdən biri ilə ölkədən getməyə hazırlaşan uşağın, digər valideyinin notarial şəkildə icazə kağızının olması vacibdir.Bu ərizəni verməyi unutmuş valideyn artıq heç bir yerə getmədən, vaxt itkisi yaşamadan, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanını birinci Terminalında həyata keçirə bilər.Bunun üçün Terminalda Ədliyyə Nazirliyinin quraşdırılmış köşkündən istifadə edə bilərlər."

Turizm İnformasiya Mərkəzi

Turist Məlumat Masası xarici turistlərə lazım olan bütün məlumatları təqdim edir.

"ASAN VISA" aparatları

"AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ HAVA LİMANLARINDA VƏTƏNDAŞLARINA “ASAN E-Viza” Aparatları ilə BİRDƏFƏLİK ELEKTRON VİZA RƏSMİLƏŞDİRİLƏN ÖLKƏLƏRİN SİYAHISI: 
 
Qətər, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran İslam Respublikası, Çin Xalq Respublikası, Koreya Respublikası, Malayziya, Sinqapur, İsrail, Birləşmiş Ərəb Əmirlikləri

Qeyd: Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza rəsmiləşdirilir. 

Qeyd: Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev Beynəlxalq Hava Limanında 30 (otuz) günlük viza rəsmiləşdirilir.

Bu xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir."

Elektron Terminal Məlumat Köşkü

Heydər Əiyev Beynəlxalq Aeroportunda sərnişinlərə təqdim olunan xidmətlər barədə bütün məlumatları həmin Köşkülər vasitəsi ilə tapa bilərsiniz

Mobil telefonlar üçün Sim Kart satışı

Yerli SIM kartla rouminq xərclərinə qənaət edə bilərsiniz. Müxtəlif Azərbaycan operatorları və tarif paketləri seçərək, Azərbaycandan zəng etməyə və sms göndərə bilərsiniz.

Müşahidə Zonası

Müşahidə zonası gələn sərnişinləri baqajın təhvili zonasında yaxın məsafədən görməyə imkan verən açıq, cəlbedici və geniş sahədir.