Prosedurlar

Beynəlxalq gəliş prosedurları

Hava gəmisini tərk edin

Bütün Beynəlxalq Reyslər 1-ci və 2-ci Terminala gəlir.

Təyyarədən endikdən sonra Sərhəd yoxlanışına keçmək üçün nişanlara diqqət edin.

Gələn sərnişinlər üçün qeydlər

  • Nəzərə alın ki, bütün beynəlxalq reyslər 1-ci və 2-ci Terminala gəlir.
  • Əgər, bəyan edilməli yükünüz yoxdursa, o zaman Yaşıl dəhlizdən keçin.
  • Əgər, bəyan edilməli əşyalarınız varsa, Qırmızı Dəhlizdən keçin və gömrük bəyannaməsini doldurun.
  • Siz baqajınızı baqaj alınma zonasında baqaj lentindən götürə bilrəsiniz.
  • Əgər, baqajınızı itirmisinizsə və ya baqajınız zədələnibsə, (Lost&Found) bölməsinə yaxınlaşın.

Pasport nəzarəti

Xahiş edirik, Pasportu hazır vəziyyətdə saxlayın və prosedurlardan keçmək üçün müvafiq sərhəd nəzarəti masasına yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.

Pasport nəzarəti başa çatdıqdan sonra, baqajın təhvili zonasına keçin.

Pasport nəzarəti masaları aşağıdakı sərnişinlər üçün nəzərdə tutulub:

VIP, Diplomatik və Xidməti pasportları olan sərnişinlər

  • Masanın adı: VIP, Diplomatik və Xidməti pasportları

Sürətli keçiddən istifadə edən sərnişinlər

  • Masanın adı: Sürətli Keçid

Əcnəbi Vətəndaşlar

  • Masanın adı: Foreign Citizens

Azərbaycan Vətəndaşları

  • Masanın adı: Azərbaycan Vətəndaşları

Miqrasiya Xidməti

  • Masanın adı: Miqrasiya Xidməti

E-GATE

  • Masanın adı: E-GATE

Azərbaycan Respublikasına daxil olmaq üçün viza

e-Viza 3 (üç) iş günü ərzində verilir.

“ASAN VISA” haqqında daha geniş məlumatı Azərbaycan Respublikası rəsmi elektron viza portalından (www.evisa.gov.az) tanış ola bilərsiniz.

Giriş vizasına ehtiyacınızın olub-olmadığını buradan yoxlaya bilərsiniz: www.iatatravelcentre.com

Hansı ölkələr Azərbaycana vizasız gələ bilərlər?

Belarusiya

90 gün

Gürcüstan

90 gün

Qazaxıstan

90 gün

Qırğızıstan

90 gün

Moldova

90 gün

Qatar

30 gün

Rusiya

90 gün

Tacikistan

90 gün

Türkiyə

90 gün

Serbia

90 gün

Ukrayna

90 gün

Özbəkistan

90 gün

BƏƏ

90 gün
Ətraflı məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (https://mfa.gov.az/az/category/viza/vizasiz-gedis-gelis-rejimi-tetbiq-olunan-olkeler) saytından tapa bilərsiniz.
    Hansı ölkə vətəndaşları aeroportda viza ala bilərlər?

    Gələn sərnişinlər sərhəd yoxlama məntəqlərindən öncədən ASAN VİZA onlayn kioskları vasitəsilə vizanı əldə edə bilərlər.

    Oman

    30 gün

    Səudiyyə Ərəbistanı

    30 gün

    Bəhreyn

    30 gün

    Küveyt

    30 gün

    Yaponiya

    30 gün

    İndoneziya

    30 gün

    Çin

    30 gün

    Cənubi Koreya

    30 gün

    Malayziya

    30 gün

    Sinqapur

    30 gün

    İsrail

    30 gün
    Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
    • Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
    • Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
    • Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
    • Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
    • Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
    Ətraflı məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (https://mfa.gov.az/az/category/viza/asan-viza) saytından tapa bilərsiniz.
      Olduğu yer üzrə qeydiyyat
      • Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
      • Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
      • Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində)elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir.
      • Tələb olunan sənədlər: - ərizə anket; - əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
      • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
      Ətraflı məlumat Dövlət Miqrasiya Xidmətinin rəsmi saytından (https://migration.gov.az/az/oyq/oyq) tapa bilərsiniz.

        Baqajın təhvil alınması

        Baqajın təhvili zonasına gedin. Reysiniz üçün hansı baqaj konveyerinin istifadə olunduğunu müəyyən etmək üçün yaxınlığınızdakı məlumat ekranlarına baxmağınız xahiş olunur. Baqajın daşınması üçün konveyerin yaxınlığında qoyulan ödənişsiz arabalardan istifadə edə bilərsiniz.

        Gələn sərnişinlər üçün qeydlər

        Odd-size baggage – Terminal 1

        Xəritədə göstər
        Odd-size baggage – Terminal 2

        Xəritədə göstər

        Baqajım haradadır?

        Bəzən baqajınızın baqaj konveyerində görünməsi üçün vaxt tələb olunur. Baqajınız gəlmədiyi halda, İtirilmiş və tapılmış əşyalar bürosuna yaxınlaşın.

        İtirilmiş və tapılmış baqaj şöbəsi

        E- mail: lostandfound@asg-groundhandling.az Tel: +994 12 497-26-00 ext.: 78-80 Mob: +994 51 235 78 68; +994 50 246 10 69

        Gömrük nəzarəti

        Bəyan edilməli olan əşyanız olmadığı halda, birbaşa “yaşıl dəhliz” vasitəsi ilə qarşılama zalına keçin.

        Gələn sərnişinlər üçün qeydlər

        • Azərbaycana daşınması qadağan olunan və ya mütləq elan edilməli (valyuta, tütün, alkoqol, heyvanlar və s.) predmetlər haqqında ətraflı məlumatı Azərbaycan Respublikasının Gömrük Komitəsinin saytından əldə edə bilərsiniz.

        16 yaşına çatmış şəxslərə idxal etmək üçün icazə olan əşyalar:

        • 200 siqaret;
        • 1,5 lt. Alkoqol içkilər;
        • Şəxsi istifadə üçün müəyyən miqdarda ətir;
        • 1500 ABŞ dolları dəyərində yuxarı olmayan, şəxsi istifadə üçün mallar (16 yaşına qədər -500 ABŞ
        • dolları);
        • Zərgərlik məhsullar: 20 q. qızıl və 0.5 karat brilliant (ayda), və 1500 ABŞ dolları dəyərində yuxarı
        • olmayan başqa zərgəllik məhsullar;
        • 30 kq-dək yemək və 125 q. kürü (ayda).

        Qarşılama zalı

        Gömrük nəzarətindən keçdikdən sonra qarşılanma zalında qohumlarınızla və dostlarınızla görüşə bilərsiniz.

        Aerportdan nəqliyyat

        Aero Express

        Daha ətraflı

        Taksi

        Rəsmi Taksi: Bakı Taksi Xidməti MMC Əməliyyat sahəsi: Bakı şəhəri və Abşeron yarımadası Ödəniş metodu: Nağd və debet / kredit kartları.

        Rəsmi Taksi siz 1-ci Terminalın qarşılanma zonasında (bayıra çıxış qapıların yanında) Baku Taksi Xidmətinin rəsmi masasından sifariş edə bilərsiniz.

        Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız terminalı tərk etdikdən sonra taksi sifariş etməyinizi tövsiyə edirik.

        Daha ətraflı