Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
05 Oktyabr 2026
Heydər Əliyev Beynəlxalq Aeroportunda mümkün yanğın və fövqəladə vəziyyətlər zamanı aidiyyəti xidmətlərin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 4 infrastruktur obyektini əhatə edən planlı praktiki təlim keçirilib.
Təlim hava limanı kompleksinin müxtəlif əməliyyat və terminal sahələrində şərti yanğın ssenariləri əsasında təşkil olunub.
Ssenarilər çərçivəsində aidiyyəti xidmətlərin hadisə barədə məlumatlandırılması, ilkin müdaxilə, yanğının söndürülməsi, insanların təhlükəsiz təxliyəsi və xilasetmə tədbirləri, ilkin tibbi yardımın göstərilməsi, eləcə də ərazinin təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər praktiki olaraq sınaqdan keçirilib.
Təlimə hava limanının xilasetmə və yanğınsöndürmə, aviasiya təhlükəsizliyi, tibbi və digər aidiyyəti xidmətləri cəlb olunub.
Təlimin əsas məqsədi fövqəladə vəziyyətlər zamanı xidmətlərin operativ reaksiyasını və qarşılıqlı fəaliyyətini qiymətləndirmək, personalın praktiki hazırlığını gücləndirmək və mövcud prosedurların davamlı təkmilləşdirilməsinə töhfə vermək olub.