Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
17 İyul 2026
Heydər Əliyev Beynəlxalq Aeroportunda hava gəmisi ilə bağlı mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsi məqsədilə kompleks praktiki təlim keçirilib.
Təlim çərçivəsində qəza enişi etmiş hava gəmisində baş verə biləcək yanğının söndürülməsi, sərnişinlərin və ekipaj üzvlərinin xilas edilməsi, təxliyənin həyata keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi, eləcə də aidiyyəti xidmətlər arasında operativ koordinasiya real əməliyyat şəraitinə uyğun ssenari əsasında məşq olunub.
Praktiki təlimdə Heydər Əliyev Beynəlxalq Aeroportunun Xilasetmə və Yanğınsöndürmə Xidməti ilə yanaşı, Hava Limanlarının İdarəolunması Baş İdarəsi, Aviasiya Təhlükəsizliyi Baş İdarəsi, tibb xidməti, yerüstü xidmət təminatçıları və digər aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Təlimin məqsədi fövqəladə hallar zamanı xidmətlərarası koordinasiyanın, operativ qərar qəbuletmə proseslərinin və personalın praktiki hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi olub. Eyni zamanda, hava limanında tətbiq olunan fövqəladə hallara cavab prosedurları beynəlxalq mülki aviasiya standartlarına uyğun olaraq praktiki şəraitdə sınaqdan keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda bu cür kompleks təlimlər mütəmadi olaraq keçirilir. Bu yanaşma əməliyyat dayanıqlığının artırılmasına, təhlükəsizlik səviyyəsinin davamlı təkmilləşdirilməsinə və sərnişinlərin, ekipajların, eləcə də hava limanı infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına xidmət edir.