Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Baqajınızı xüsusi polimer materialla sarımaqla daşıma zamanı şəxsi əşyalarınızın və baqajınızın zədələnməsinin qarşısını ala bilərsiniz. Xidmət haqqı: 1 baqajin bağlanması qiyməti: 7 AZN-dir.
Sərnişinlərin rahatlığını düşünürək, baqaj bağlanması avadanlığının yanında, baqaj tərəzisi də quraşdırılmışdır. Xidmət haqqı: pulsuz
Sərnişinlərin rahatlığı üçün bir baqajdan digər baqaja avadanlıqların yerləşdirilməsi məqsədilə baqajın bağlanması avadanlığının yanında qablaşdırma stolu yerləşdirilmişdir.
Sərnişinlərin Duty Free alış-verişi zamanı rahatlığı üçün 1-ci və 2-ci Terminallarda, pasport nəzarətindən sonra alış-veriş arabaları mövcuddur.
Baqaj arabalarını müxtəlif yerlərdən - Terminallarının daxilindən/xaricindən, avtomobil, avtobus və taksi dayanacaqlarından götürmək mümkündür. Baqaj arabalarından istifadə ödənişsizdir.Baqaj arabalarının eskalatorlarda istifadəsi qəti qadağandır.