Təklifləriniz
Baqaj Xidmətləri

Baqajın Bağlanması

Baqajınızı xüsusi polimer materialla sarımaqla daşıma zamanı şəxsi əşyalarınızın və baqajınızın zədələnməsinin qarşısını ala bilərsiniz. Xidmət haqqı: 1 baqajin bağlanması qiyməti: 5 AZN-dir.

Baqaj Tərəzisi

Sərnişinlərin rahatlığını düşünürək, baqaj bağlanması avadanlığının yanında, baqaj tərəzisi də quraşdırılmışdır. Xidmət haqqı: pulsuz    

Qablaşdırma Stolu

Sərnişinlərin rahatlığı üçün bir baqajdan digər baqaja avadanlıqların yerləşdirilməsi məqsədilə baqajın bağlanması avadanlığının yanında qablaşdırma stolu yerləşdirilmişdir.

Əl Yükü Arabası

Sərnişinlərin Duty Free alış-verişi zamanı rahatlığı üçün 1-ci və 2-ci Terminallarda, pasport nəzarətindən sonra alış-veriş arabaları mövcuddur.

Baqaj arabaları

Baqaj arabalarını müxtəlif yerlərdən - Terminallarının daxilindən/xaricindən, avtomobil, avtobus və taksi dayanacaqlarından götürmək mümkündür. Baqaj arabalarından istifadə ödənişsizdir.Baqaj arabalarının eskalatorlarda istifadəsi qəti qadağandır.