Shaurma №1

İllərin dəyişməyən ləzzəti!

Shaurma 1-in dadlı tarixçəsi 1998-ci ildən başlayır. Kiçik bir məkanda və balaca komanda ilə başlayan yolumuz bu gün 20-dən çox filialı əhatə edən böyük restoran şəbəkəsinə çevrilib.

28 ilə yaxın müddətdə Shaurma 1 minlərlə qonağın seçimi olaraq Azərbaycanın tanınmış yerli restoran brendlərindən birinə çevrilib. Bu illər ərzində bizi fərqləndirən əsas dəyərləri - tanış və sevilən dadı, məhsulların keyfiyyətini, təzəliyini və qonaqlarımıza göstərdiyimiz diqqəti qoruyub saxlamağa çalışmışıq.

Menyumuzun əsasını brendimizlə artıq uzun illərdir assosiasiya olunan şaurma təşkil etsə də, bu gün Shaurma 1 müxtəlif zövqlərə uyğun geniş məhsul çeşidi təqdim edən müasir restoran şəbəkəsidir.

İllər ərzində böyüyərək şəhərin müxtəlif nöqtələrində qonaqlarımıza daha yaxın olmuşuq. İndi isə Shaurma 1-in tarixində yeni bir mərhələ başlayır - brendimiz Heydər Əliyev Beynəlxalq Aeroportunda da qonaqlarını qarşılamağa hazırlaşır.

1998-dən bu günə - illərin dəyişməyən ləzzəti artıq aeroportda!