Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
18 Mart 2025
Cəmi 45,99 USD-dən başlayan sərfəli qiymətlərlə Qəbələ və Əbu-Dabini kəşf edin
Qəbələ, Azərbaycan – 18 mart 2025-ci il – BƏƏ-nin milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq. Aviaşirkət 2025-ci il iyunun 19-dan etibarən Azərbaycanın füsünkar bölgəsi Qəbələ ilə dinamik inkişaf edən Əbu-Dabi arasında uçuşları həyata keçirəcək.
Reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.
Yeni marşrutun açılması münasibətilə “Wizz Air Abu Dhabi” xüsusi aksiya elan edir: WIZZ Discount Club proqramının üzvlərinə və satışın ilk üç günü bütün sərnişinlərə 20% endirim tətbiq olunur.
“Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və 2 ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Yohan Eidhagen əlavə edib: “Biz uçuş şəbəkəmizi Əbu-Dabi və Qəbələ arasında yeni marşrutla genişləndirdiyimiz üçün çox şadıq. Yaxın Şərqi kəşf etmək istəyən səyahətçilər üçün bu maraqlı istiqamətlərə sərfəli qiymətlərlə uçuşlar təklif edirik. Wizz Air sərfəli və fərdiləşdirilə bilən seçimləri ilə insanlara büdcələrini aşmadan həyatı sərgüzəştlərlə zənginləşdirməyə imkan verən ağıllı səyahət üsuludur. Şirkətimiz sürətlə genişlənir və BƏƏ paytaxtından həyata keçirilən səyahətləri daha əlçatan edir. Sizi növbəti uçuşlarımızda qarşılamağı səbirsizliklə gözləyirik.”
Qəbələyə niyə səyahət etməlisiniz?
Qəbələ qədim tarixi və müasir infrastrukturu özündə birləşdirən, ətrafı gözəl dağ mənzərələri ilə əhatələnən unikal bir məkandır. Bölgənin əsas görməli yerləri:
Əbu-Dabi: istirahət və işgüzar səfərlər üçün ideal istiqamət
BƏƏ-nin paytaxtı Abu-Dabi zəngin mədəni irs və müasir nailiyyətlərin unikal vəhdətidir ki, bu da onu həm turistlər, həm də iş adamları üçün cəlbedici edir.
Yeni marşrut haqqında təfərrüatlar
Marşrut |
Reyslərin yerinə yetirilmə günləri |
Açılış tarixi |
Qiymət* |
Əbu-Dabi – Qəbələ |
çərşənbə axşamı, cümə axşamı, şənbə |
19 iyul 2025 |
45,99 USD |
*Qiymət əl yükü (40x30x20 sm) ilə birtərəfli uçuş üçün göstərilib. Təklif məhduddur.
Qəbələ Beynəlxalq Hava Limanı haqqında
Müasir aeroport Azərbaycanın turizm mərkəzlərindən birində yerləşir və tam beynəlxalq standartlara cavab verir. Hava limanı saatda 200 sərnişinə xidmət göstərmək və bütün növ hava gəmilərini qəbul etmək qabiliyyətindədir.
“Wizz Air Abu Dhabi” haqqında
“Wizz Air Abu Dhabi” – “ADQ” və “Wizz Air Holdings” Plc şirkətlərinin birgə müəssisəsi olub, Avropa, Afrika, Yaxın Şərq və Asiyanın 20-dən çox şəhərinə uçuşlar həyata keçirən ultra-lowcost aviadaşıyıcıdır. Aviaşirkət BƏƏ-nin paytaxtından əlçatan istiqamət şəbəkəsini aktiv şəkildə genişləndirərək dünyanın ən təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı aviadaşıyıcıları sırasındadır.
Biletlər artıq satışdadır! Komfort və sərfəli qiymətlərlə səyahət edin!