Təklifləriniz

“Ukraynanın Beynəlxalq Hava Yolları” Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək

03 Dekabr 2020

3 dekabr 2020-ci il, Bakı – “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti  Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

Uçuşlar dekabrın 14-dən 28-dək  həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub. 

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti