Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
20 İyul 2026
Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, “mygov” tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər. Belə ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu xidmət sayəsində sərnişinlər qeydiyyat zamanı şəxsiyyət məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim edə bilərlər.
Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş “mygov” tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.
Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur və qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.
Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.