Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
17 İyul 2026
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır. Hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir.
Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas” və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir.
2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə davam edib. “FLYONE Asia” Daşkənd, “FLYONE” isə Kişinau istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından “Wizz Air” Bakı – Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir.