Azərbaycanın regional hava limanlarından beynəlxalq marşrutlar genişlənir

21 İyun 2024

Azərbaycanın hava limanları sərnişinlərə müxtəlif seçim imkanı təqdim edərək onların rahat və sərfəli səyahətlərini təmin etməyə çalışır. Ölkənin əsas regional hava limanları beynəlxalq marşrutların aktiv şəbəkəsini təmsil edir:

 

Naxçıvan Beynəlxalq hava limanı:

- İstanbul: “Turkish Airlines”

- Bakı: AZAL

- Moskva: “Utair”

 

Gəncə Beynəlxalq hava limanı:

- Moskva: AZAL; “Utair”; “IrAero”; “Ural Airlines”; “Aeroflot”

- Sankt-Peterburq: AZAL

- İstanbul: “Pegasus Airlines”

- Mineralnıye Vodı: “Azimut”

 

Lənkəran Beynəlxalq hava limanı:

- Moskva: “IrAero”; “Utair” (22 iyun 2024-cü il tarixindən)

Bununla da, sərnişinlərin Moskva, İstanbul, Sankt-Peterburq kimi əsas beynəlxalq mərkəzlərə rahat gediş-gəlişi təmin olunur.