Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
27 Fevral 2025
Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir. Aparıcı aviaşirkətlər marşrut şəbəkələrini genişləndirərək, mövcud istiqamətlər üzrə uçuşların sayını artırır və səyahətləri daha rahat və əlçatan edir.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.
Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.