Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
08 Aprel 2025
Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik yoxlamalarının səmərəliliyi və beynəlxalq standartlara uyğunluğu əhəmiyyətli dərəcədə artırılacaq, bu isə sərnişinlərin yoxlanış prosesini daha sürətli və rahat edəcək. Madriddə keçirilən Sərnişin Terminalı Ekspo 2025 (Passenger Terminal Expo 2025) sərgisi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC ilə təhlükəsizlik texnologiyaları üzrə dünyanın aparıcı təchizatçılarından biri olan “Rohde & Schwarz” şirkəti arasında razılaşma imzalanıb.
Razılaşmaya əsasən, sərnişin axınının idarə olunmasının təkminləşdirilməsi və yoxlama prosedurlarının optimallaşdırılması məqsədilə hava limanında dörd müasir QPS201 təhlükəsizlik skaneri quraşdırılacaq. Bu sistemlər daha sürətli və dəqiq yoxlamanı təmin edəcək, onların yüksək ötürücülük qabiliyyəti isə təhlükəsizlik proseslərini sürətləndirəcək.
Skanerlər həm sərnişinlər, həm də əməkdaşlar üçün yüksək aşkarlama səviyyəsini səmərəli və intuitiv prosedurlarla birləşdirir. Onlar, qadağan olunmuş əşyaların aşkar olunması üzrə bütün tənzimləyici tələblərə cavab verən innovativ millimetr dalğa texnologiyasından və süni intellekt əsaslı alqoritmlərdən istifadə edir, həmçinin yanlış həyəcan siqnallarının səviyyəsini minimuma endirir. Bu texnologiya təhlükəsizlik tədbirlərinin həm effektiv, həm də istifadəçi dostu olmasını təmin edərək ümumi sərnişin təcrübəsini yaxşılaşdırır. Skanerlər az hərəkətlilik imkanına malik sərnişinlər üçün də uyğundur və maneəsiz keçidi təmin edir. Sistem proqram təminatı gələcək təhlükəsizlik tələblərinə uyğunlaşmağa imkan verir ki, bu da Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik infrastrukturunun davamlı modernləşdirilməsinə şərait yaradacaq.
QPS201 skanerləri artıq Frankfurt, London, Osaka və Denver kimi dünyanın aparıcı hava limanlarında uğurla tətbiq olunur. “Rohde & Schwarz” şirkəti 2015-ci ildən bəri qlobal aviasiya sənayesinə xidmət göstərir. Skanerlər Avropa Mülki Aviasiya Konfransı (ECAC), ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) və digər bir sıra milli agentliklər tərəfindən təsdiqlənib.