Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
01 May 2025
30 aprel 2025-ci il tarixindən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının 3-cü mərtəbəsində yerləşən yeni restoran – “The Attack” sərnişinlərin ixtiyarına verilib.
Ev-ofis fəlsəfəsindən ilham alan bu müasir məkan, uçuş öncəsi dincəlmək və ləzzətli təamların dadını çıxarmaq istəyən sərnişinlər üçün ideal seçimdir. Burada Kosta-Rika mənşəli yüksək keyfiyyətli qəhvə, orijinal matça latte, eləcə də qlütensiz və şəkərsiz desertlər təqdim olunur.
Restoranın interyeri təbii daşlar, yaşıl bitkilər, eləcə də müasir incəsənət və fotoqrafiya nümunələri ilə bəzədilib. Ziyarətçilər bu əsərlərə baxmaqla yanaşı, bəyənilən işləri əldə edə də bilərlər.
“The Attack” konsepti həmçinin ətraf mühitə qarşı həssas yanaşmanı dəstəkləyir: bütün qablaşdırmalar, çubuqlar və çəngəl-bıçaqlar tam təkrar emal oluna bilən materiallardan hazırlanıb.
Yeni bir istirahət nöqtəsi olan “The Attack” sizi ləzzətli seçimləri və rahat atmosferi ilə qarşılamağa hazırdır.