"FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başladı

14 İyul 2020

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcəkdir.

Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:

  • ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;
  • turizm vizası olan sərnişinlər;
  • BƏƏ-də daimi yaşayış icazəsi olan  sərnişinlər.

Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər:  https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx

Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar:
https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır. Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

Android:

https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US

IOS:

https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399

Dubaydan Bakıya reyslərə aviabiletlər  yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19)  testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:

  • Referans  laboratoriyası;
  • Leyla klinikası;
  • Memorial klinikası;
  • Bona Dea xəstəxanası;
  • İnci laboratoriyası;
  • Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
  • Kaspian Hospital;
  • UltraLab.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda  müayinədən keçmək olar.


Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti