“FlyArystan” aviaşirkətinin uçuşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcək

09 Aprel 2025

“FlyArystan” aviaşirkəti ilə aparılan danışıqlar nəticəsində 10 aprel 2025-ci il tarixindən etibarən aviaşirkətin bütün reyslərinin Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından (beynəlxalq istiqamətlər) icrası qərara alınıb.

Bu dəyişikliyin məqsədi sərnişin axınını daha balanslı bölüşdürmək və “FlyArystan” sərnişinlərinə daha sürətli keçid, qısa məsafələr imkanı yaratmaqdır. Terminal daxilində bütün əsas xidmətlər fəaliyyət göstərir və sərnişin rahatlığı üçün zəruri infrastruktur mövcuddur.

Hazırda aviaşirkət Aktau–Bakı istiqamətində həftədə 2 dəfə uçuşlar həyata keçirir. Əlavə olaraq, 2 iyul 2025-ci ildən etibarən aviadaşıyıcı tərəfindən Astana–Bakı marşrutu üzrə birbaşa mövsümi reyslərin icrasına başlanılacaq. Bu reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Sərnişinlərdən uçuşlarını planlaşdırarkən terminal dəyişikliklərini nəzərə almaları xahiş olunur. 2-ci Terminaldan uçan sərnişinlər üçün rahat və operativ xidmətin təmin olunması istiqamətində bütün zəruri tədbirlər görülüb.