Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

27 Noyabr 2020

27 noyabr 2020-ci il, Bakı – Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

4 dekabr 2020-ci il tarixdən  etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin  həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti