Bakı hava limanı “Air Montenegro” aviaşirkətinin ilk reysini qarşılayıb

07 İyun 2024

İyunun 7-də Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun milli aviadaşıyıcısının Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul edib.
“Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib. Hava gəmisi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə həftədə iki dəfə: bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.
Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi www.airmontenegro.com saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam edir.