Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
13 İyun 2024
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ilin may ayında 625 mindən çox sərnişinə xidmət göstərib. Bu rəqəm 460 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur.
May ayında 14-ü aşağıbüdcəli (loukoster) olmaqla, 34 aviaşirkət 4905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55%-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, “Azərbaycan Hava Yolları” isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib.
Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub - 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq 29,7 min nəfər təşkil edib.
Bu ilin may ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara, Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlər üçün maksimum rahatlıq və yüksək keyfiyyətli xidmət göstərməyə çalışaraq infrastrukturunu təkmilləşdirməkdə və marşrut şəbəkəsini genişləndirməkdə davam edir.