Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
04 May 2026
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Lahor marşrutu üzrə “Airblue” aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Airblue”nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni zamanda Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.
Bakı–Lahor istiqaməti artıq “Azərbaycan Hava Yolları” (AZAL) və “Pakistan International Airlines” tərəfindən də icra olunur. “Airblue” aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.