Uçub gələn və uçub gedən uçuşların cədvəlinə dair suallarla bağlı Heydər Əliyev Hava Limanın 24 saat fəaliyyət göstərən məlumat xidməti ilə aşağıdakı telefon nörməsinə zəng edərək əlaqə saxlaya bilərsiniz: (+994 12) 497 27 27.
Sirin sorğunuz bizim üçün çox vacibdir. Hər hansı bir sualınız varsa, qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Səyahət — yeni yerlər, yeni təəssüratlar və unudulmaz anlarla dolu həyəcanverici bir təcrübədir.
Amma bəzən kiçik detallar nəzərdən qaçanda, bu həyəcan yerini stressə verə bilər. Sizin səfərinizin rahat və xoş keçməsi üçün bir neçə faydalı tövsiyəni paylaşırıq:
əvvəl gəlməyiniz tövsiyə olunur. Bu, qeydiyyat, baqaj təhvilvermə və təhlükəsizlik yoxlamalarından rahatlıqla keçməyinizə kömək edəcək.
Əl yükündəki mayelərin həcmi, kosmetik vasitələrin qablaşdırılması və elektron cihazların daşınması qaydalarına diqqət edin. Bu, təhlükəsizlik yoxlamasının daha sürətli və rahat aparılmasına şərait yaradacaq.
Uçuşdan əvvəl onlayn qeydiyyat, oturacaq seçimi və baqaj qeydiyyatı kimi imkanlardan istifadə edin. Bu, vaxtınıza qənaət etməklə yanaşı, hava limanında daha az gözləmə ilə hərəkət etməyə imkan verəcək.
Uzun uçuşlarda yüngül, nəfəsalan materiallardan hazırlanan geyimlər seçin. Rahat ayaqqabı isə həm səyahət zamanı, həm də gəlişdə özünüzü enerjili hiss etməyinizə kömək edəcək.
Səyahət təkcə uçuşdan ibarət deyil — bu həm də yolboyu yaşadığınız təcrübədir. Hava limanında biznes zal xidmətlərindən, rahat atmosferdə müxtəlif restoran və kafe seçimlərindən yararlana bilərsiniz.
Unutmayın: planlı və hazırlıqlı olmaq, səyahətinizin rahat və xoş keçməsinin əsas açarıdır.