Tez-tez verilən suallar (FAQ)

Ümumi məlumat

Heydər Əliyev Beynəlxalq Aeroportu harada yerləşir?
Hava limanı Azərbaycanın paytaxtı Bakının mərkəzindən 20 kilometr şərqdə yerləşir. Bu, ölkənin ən böyük hava limanıdır və regionda mühüm aviasiya mərkəzidir.

Hava limanı ilə necə əlaqə saxlaya bilərəm?
Bütün uçuşlar və hava limanı xidmətləri haqqında məlumat almaq üçün +994 12 497 27 27 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İş saatları: 24/7.

Şikayət və təkliflər üçün hara müraciət edə bilərəm?
Şikayət və təkliflərinizi aşağıdakı elektron ünvana göndərin: support@airport.az. Biz sizin rəyinizi qiymətləndiririk və bütün sorğulara ən qısa zamanda cavab verməyə çalışacağıq.

Sərnişin xidmətləri

Terminalda sərnişinlər üçün hansı xidmətlər mövcuddur?
Terminal rüsumsuz mağazalar, restoranlar, istirahət zonaları, Wi-Fi, baqajın qablaşdırılması xidmətləri və s. təklif edir.

Baqajın qablaşdırılması xidməti necə işləyir?
Baqajın qablaşdırılması xidməti yola düşən sərnişinlər üçün bütün terminallarda mövcuddur. Uçuşdan əvvəl bu xidmətdən yararlana bilərsiniz. Xidmətin qiyməti: bir baqaj üçün 7 AZN.

Hava limanı xüsusi qayğıya ehtiyyacı olan sərnişinlərə yardım göstərirmi?
Bəli, hava limanı xüsusi qayğıya ehtiyyacı olan sərnişinlərə burada qalmalarının bütün mərhələlərində müşayiət və yardım da daxil olmaqla xidmətlər göstərir. Bunun üçün uçuşdan ən azı 48 saat əvvəl sizə lazım olan xidmətlər barədə aviaşirkətə və ya turoperatora əvvəlcədən məlumat verin və ehtiyaclarınızı dəqiq təsvir edin.

Hava limanında tibb məntəqəsi varmı?
Bəli, hava limanında ilkin tibbi yardım ala biləcəyiniz 24 saatlıq tibb məntəqəsi var. Tibb məntəqələri hər iki terminalda yerləşir və təcili yardım göstərmək üçün lazım olan hər şeylə təchiz olunub.

Hava limanında hansı maliyyə xidmətləri mövcuddur?
Hava limanında nağd pul çıxarılması, köçürmə və valyuta mübadiləsi daxil olmaqla, maliyyə xidmətləri təklif edən bankomatlar, valyuta dəyişmə məntəqələri və bank filialları var.

VIP salonu necə sifariş edə bilərəm?
VIP salonu rəsmi internet saytından sifariş etmək olar: vipgroup.az/ru/services/airport-lounges. Mövcudluğu təmin etmək üçün xidmətləri əvvəlcədən sifariş etməyi tövsiyə edirik.

Baqaj

Baqajım itibsə və ya zədələnibsə nə etməliyəm?
Əgər baqajınız itibsə və ya zədələnibsə, lütfən, baqajın qəbulu sahəsindəki Lost&Found xidməti ilə əlaqə saxlayın. Əməkdaşlarımız sizə lazımi sənədləri doldurmağa kömək edəcək və baqajınızın axtarışının gedişatı haqqında məlumat verəcəkdir.

Baqaj İzləmə Xidməti (Lost&Found) ilə necə əlaqə saxlamaq olar?
Telefon: +994 12 497-26-00 (daxili 78-80), +994 77 700 87 03, +994 50 246 10 69 / E-poçt: lostandfound@asg-groundhandling.az

Aviaşirkətin baqaj siyasəti necədir?
Baqaj siyasəti aviaşirkətə görə dəyişir. Aviaşirkətinizin saytında qaydaları yoxlamağı tövsiyə edirik.

Nəqliyyat və parkinq

Hava limanına/hava limanından getmək üçün hansı nəqliyyat variantları mövcuddur?
Siz hava limanına şəxsi nəqliyyat vasitəsində, taksi ilə, avtomobil icarə götürə bilərsiz və ya "AeroExpress" ictimai nəqliyyatından istifadə edə bilərsiniz. Nəqliyyat variantları haqqında ətraflı məlumatı saytımızın “Nəqliyyat” bölməsində əldə etmək olar.

“AeroExpress“ nədir və onu necə istifadə etmək olar?
“AeroExpress” hava limanı ilə Bakının mərkəzi (28 may m/s) arasında müntəzəm reysləri təmin edən komfortlu avtobus xidmətidir. Cədvəl və gediş haqqı ilə saytımızın “Nəqliyyat” bölmündə tanış olmaq mümkündür.

Hava limanında parkinq var?
Bəli, Terminal 1 və Terminal 2-nin qarşısında xüsusi ayrılmış parklanma ərazisi mövcuddur. Ümumi parkinq tutumu 2000 yerdən çoxdur.

Parklanma haqqını necə ödəmək olar?
Parkinq üçün ödənişi nağd, nağdsız və onlayn etmək mümkündür. Onlayn ödəniş üçün mobil cihazlar vasitəsilə Tezödə, AzParkinq, Birbank  və ABB tətbiqlərindən istifadə edə bilərsiniz. Ərazidə ödəniş terminalları da var ki, burada həm nağd (əskinas), həm də nağdsız (bank kartları) ödəniş mümkündür.

Uçuş məlumatı

Uçuşumun statusunu necə öyrənə bilərəm?
Uçuşun statusu ilə veb-saytımızın “Uçuşlar” bölümündə və ya terminaldakı məlumat lövhələrindən istifadə etməklə tanış ola bilərsiniz.

Viza və sənədlər

Xaricə səyahət etmək üçün hansı sənədlər tələb olunur?
Azərbaycanı tərk etmək üçün sizə gözlənilən qayıtdığınız tarixdən ən azı 6 ay müddətində etibarlı olan xarici pasport lazımdır.

Yetkinlik yaşına çatmayan sərnişinlər üçün hansı sənədlər tələb olunur?
Azərbaycan vətəndaşları üçün yetkinlik yaşına çatmayan (18 yaşına çatmamış) valideynlərindən biri ilə ölkəni tərk etdikdə, digər valideynin razılığı tələb olunur. Müşayiət olunmayan yetkinlik yaşına çatmayan şəxs ölkəni tərk edərkən valideynlərin/qəyyumların və ya onların qanuni nümayəndələrinin razılığı tələb olunur. Valideyn, qəyyum və ya onların səlahiyyətli nümayəndəsinin müşayiəti olmadan 5 yaşından kiçik uşaqlar uçuşlara buraxılmır.

Azərbaycana giriş vizasına ehtiyacınız varmı?
Viza tələbləri haqqında məlumatı www.iatatravelcentre.com saytından yoxlaya bilərsiniz.

Elektron vizanı necə əldə etmək olar?
Elektron viza Azərbaycana gəlməzdən ən azı 3 iş günü əvvəl Azərbaycan Respublikasının Rəsmi Elektron Viza Portalında (www.evisa.gov.az) verilə bilər.

Hansı ölkələrin vətəndaşları Azərbaycana vizasız gedə bilər?
Ətraflı məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet saytından (https://mfa.gov.az/az/category/viza/vizasiz-gedis-gelis-rejimi-tetbiq-olunan-olkeler) əldə etmək olar.

Olduğu yer üzrə qeydiyyat necə aparılır?
Qeydiyyatdan keçmək üçün ölkəyə gəldikdən sonra 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları - 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin internet saytındakı elektron xidmətlər vasitəsilə və ya elektron poçtla (qeydiyyat@migration.gov.az), eləcə də bilavasitə regional miqrasiya idarələrinə və ASAN xidmət mərkəzlərinə müraciət etməlisiniz. Təfərrüatlar Dövlət Miqrasiya Xidmətinin saytında (https://migration.gov.az/ru/oyq/oyq).