Zallar

AZAL Lounge

Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-in birinci mərtəbəsində yerləşən “AZAL Lounge”, Biznes sinif və Premium Ekonom sinif sərnişinləri üçün eksklüziv qeydiyyat təcrübəsi təqdim edir. Bu xüsusi sahə sürətli, rahat və növbəsiz qeydiyyat xidmətlərini təmin edərək səyahətinizin problemsiz və rahat başlamasına imkan yaradır. Sərnişinlər həmçinin birbaşa giriş imkanı olan xüsusi sərnişin düşürmə zonasından faydalana bilərlər. Beləliklə birbaşa qeydiyyat üçün zala daxil olmaları mümkündür.

Business Class Lounge

"AZAL Business Class Lounge" sərnişinlərə uçuşdan əvvəl vaxtlarını rahat və səmərəli keçirə bilmələri üçün xoş bir mühit təqdim edir. Sərnişinlər müxtəlif və bol çeşidli yemək və içki seçimi edərək uçuşdan öncə sakit atmosferdə istirahət edə bilərlər. Zal onlara xüsusi və xoş xidmətlə yanaşı eksklüziv atmosfer təqdim etdiyi üçün uçuş öncəsi stress atmaq üçün bura ideal yerdir. Sərnişinlərin rahatlığı üçün sürətli Wi-Fi bağlantısı da mövcuddur. “AZAL Business Class Lounge” sərnişinlərin səyahətlərini rahat və yaddaqalan edir.

Absheron Lounge

Rahat yumşaq mebellə, zövqlü interyer dizaynla, telefon, faks və internet (həmçinin WiFi), müxtəlif mətbuat vasitələri ilə təchiz olunmuş Absheron Lounge aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass
  • Dragon Pass
  • TAV Passport Classic Card
  • TAV Passport Edition Card
  • Mile on Air
  • Every Lounge

Zal 4-cü mərtəbədə yerləşir (uçuş zonası).

Bu zalda siqaret çəkmək qadağandır

Salam Zalı

B zonası 1-ci mərtəbədə yerləşən Salam Lounge zalı Sizə uçuşdan öncə komfortlu şəraitdə qeydiyyatdan keçməyə və bagaj email proseduruna imkan verəcək. Zövqlü interyer, təklif olunan menyu və gülərüz personal Sizi uçuşqabağı həyacandan tam azad edəcək.

Zal aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass
  • Dragon Pass
  • TAV Passport Classic Card
  • TAV Passport Edition Card
  • Mile on Air
  • Every Lounge

Bu zalda siqaret çəkmək qadağandır

Baku Club

Rahat interyer dizaynla və menyuyla təchiz olunmuş zaldır, və bu zal Sizə baqaj gözləmə zamanınızın rahat və komfortlu şəraitdə keçirməyə imkan yaradacaq. Baku Club aşağıda qeyd olunan kartların sahiblərini qəbul etməyə hazırdır:

  • Priority Pass
  • Dragon Pass
  • TAV Passport Classic Card
  • TAV Passport Edition Card
  • Mile on Air
  • Every Lounge

Bu zalda siqaret çəkmək qadağandır

Premium Lounge

Rahat oturma yerləri, zövqlə tərtib olunmuş interyer və sakit atmosferi ilə seçilən Premium Lounge sərnişinlərə yüksək komfort təqdim edir. Burada Siz uçuş öncəsi vaxtınızı yalnız dincəlməklə deyil, həm də iş və ünsiyyət üçün səmərəli şəkildə keçirə bilərsiniz.

Zaldan aşağıda göstərilən xüsusi üzvlük kartlarının sahibləri faydalana bilərlər:

  • Priority Pass
  • Dragon Pass
  • TAV Passport Classic Card
  • TAV Passport Edition Card
  • Mile on Air
  • Every Lounge

Qeyd: Burada tütün məhsullarından istifadə etmək qadağandır.

Mugam Lounge

Müasir və zövqlü interyerə malik olan Mugam Lounge, sərnişinlərə rahat istirahət mühiti və yüksək komfort təqdim edir. Zal Terminal 2-nin 2-ci mərtəbəsində (uçuş zalı) yerləşir və səyahət öncəsi vaxtın daha dəyərli və xoş keçirilməsi üçün bütün zəruri şəraitlə təchiz olunub.

Aşağıda qeyd olunan kartların sahibləri zaldan istifadə edə bilərlər:

  • Priority Pass
  • Dragon Pass
  • TAV Passport Classic Card
  • TAV Passport Edition Card
  • Mile on Air
  • Every Lounge

Zalda tütün məhsullarından istifadə qadağandır.