Təklifləriniz

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayıb

20 Noyabr 2023

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.
19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu yerinə yetirib.
“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəllə aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərsiz.