Rəsmi Taksi xidmətini 1-ci Terminalın çıxışının qarşısında (2-ci xətt) müştərilərin rəsmi taksiyə minik zonasında xidmət göstərən taksi operatorlarının "nizamlayıcılarından" sifariş edə bilərsiniz.

Terminaldan çıxarkən yol plitələrində və asfaltda qeyd olunan "RƏSMİ TAKSİ" işarələrini izləyin.

Hər hansı bir anlaşılmazlığın qarşısını almaq üçün Sizə rəsmi taksi operatorlarının xidmətlərindən istifadə etməyi tövsiyə edirik.

Rəsmi taksi xidmətini yalnız müştərilərin rəsmi taksiyə minik zonasında (2-ci xətt) yerləşən rəsmi taksi operatorlarının "nizamlayıcılarından" sifariş edə bilərsiniz.

Kənar təşkilat və ya onlayn xidmət vasitəsilə taksi sifariş etdiyiniz halda, yalnız baqajınızı aldıqdan sonra taksi sifariş etməyinizi tövsiyə edirik.

Taksi xidmətlərinə görə ödənişi nağd pul və ya plastik kartlar vasitəsilə həyata keçirə bilərsiniz.

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətləri aşağıdakı şirkətlər tərəfindən göstərilir:

Baku White Taxi

Terminalın qarşısında rəsmi "TAXİ" dayanacağındakı (2-ci xətt) minik zonasının yaxınlığında yerləşən Baku White Taxi məsləhətçiləri vasitəsilə "LONDON CAB" taksisini sifariş etmək mümkündür. Gediş haqqını kredit kartı və ya nağd pul vasitəsilə ödəyə bilərsiniz.

"Baku White Taxi" taksi operatoru nizamlayıcılarının geyim forması.