İş saatları: Hər gün, 24 saat açıqdır

Dayanacağın tutumu: təxminən 600 nəqliyyat vasitəsi (məhdud hərəkət qabiliyyətli şəxslər üçün ayrılmış yerlər və icarəyə götürülən avtomobillər)

Dayanacağın xəritəsi

Dayanacaq üçün ödəniş

Saat

AZN

İlk iki saat:

1 AZN

2-4 saat:

2 AZN

4-6 saat:

3 AZN

6-12 saat:

4 AZN

12-24 saat:

5 AZN

Dayanacaq biletinin itirilməsi:

10 AZN

Bütün ödənişlər nəğd pulla (yalnız kağız pullarla) həyata keçirilməlidir.

1 oktyabr 2017-ci il tarixinə olan məlumat.

Ödəniş terminalları

Bütün dayanacaq ərazisində ödəniş terminalları mövcuddur. Bu terminallar yalnız nəğd pul (yalnız kağız pullar) qəbul edir.

Qadağan edilmiş nəqliyyat vasitələri

Təhlükəli və ya antisanitar materiallar daşıyan nəqliyyat vasitələri

Burada saxlanıldığı halda inzibati problemlərə səbəb ola bilən digər nəqliyyat vasitələri

Avtomobilə minik və çıxış xətti (3-cü zolaq)

Avtomobilə minən və düşən sərnişinlər üçün nəzərdə tutulan minik və çıxış xəttindən istifadə edə bilərsiniz. Sərnişinlərin avtomobilə minik və çıxış vaxtı 5 dəqiqədən çox olmamalıdır, əks halda avtomobiliniz təxliyə edilə bilər.

Fiziki imkanları məhdud olan sərnişinlər üçün dayanacaq

Hərəkət qabiliyyəti məhdud sərnişinlər üçün dayanacaq ərazisində xüsusi yerlər mövcuddur (xəritə). 1-ci Terminalın dayanacağına daxil olduqdan sonra fiziki imkanları məhdud olan şəxslər üçün dayanacaq yerlərini tapmaq məqsədi ilə müvafiq nişanları izləyin.

İcarəyə verilən avtomobillər üçün dayanacaq

Avtomobillərin icarəyə götürülməsi

İcarəyə verilən avtomobillər üçün xüsusi dayanacaq mövcuddur. İcarəyə verilən avtomobillər üçün ayrılmış dayanacağa getmək üçün terminaldan çıxdıqdan sonra nişanları izləyin.

İcarəyə götürülmüş avtomobilin qaytarılması

Birinci terminalın avtodayanacağına daxil olduqdan sonra icarəyə götürdüyünüz avtomobili qaytarmaq üçün Avtomobillərin icarəyə götürülməsi / qaytarılması nişanlarını izləyin.

Hava limanında avtomobillərin icarəyə götürülməsi barədə ətraflı məlumat

Yük Maşınları Və İri Həcmli Avtobuslar (uzunmüddətli dayanacaq)

1-ci Terminalın dayanacağında yük maşınlarının və iri həcmli avtobusların uzun müddətə saxlanılması üçün dayanacaq yerləri mövcud deyil. Yük maşınları Yük Terminalının qarşısında dayanacaqda (xəritə), iri həcmli avtobuslar isə xüsusi avtobus dayanacağında saxlanıla bilər (xəritə).