Təhlükəsizlik Baxışı

Pasport və minik talonunu hazır vəziyyətdə saxlayın

Zəhmət olmasa, mühafizə edilən zonaya daxil olarkən yoxlanılması üçün pasportunuzu və minik talonunuzu hazır edin. Sizdən təhlükəsizlik baxışından keçməyiniz və əl yükünüzü rentgen qurğusundan keçirməyiniz tələb edilir.

Plastik paketlərdə mayelər, aerozollar və gellər

  • Bütün maye və gellərinizi tutumu 1 litrdən artıq olmayan şəffaf plastik paketlərə qoymalısınız. Hər bir sərnişin üçün 1 ədəd plastik paket nəzərdə tutulur. Plastik paketləri Təhlükəsizlik xidmətinin əməkdaşlarından istəyə bilərsiniz.
  • Şəxsi gigiyenanız üçün maye və gellərinizi özünüzlə hava gəmisinə götürə bilərsiniz, lakin hər bir konteynerin həcmi 100 ml-dən artıq olmamalıdır. Onların ümumi həcmi 1 litrdən çox olmamalıdır. Nəzərə alın ki, 200 ml həcmli şüşə qab yarıya qədər dolu olduqda belə, o 200 ml hesab ediləcək.
  • Siz özünüzlə lazımi qədər pəhriz qidası və ya dərman vasitəsi götürə bilərsiniz. Bunun üçün dərman vasitəsinin istifadəsinə göstərişi gətirməyi unutmayın (istifadəsinə göstəriş İngilis, Azərbaycan və ya Rus dilində yazılmalıdır).
  • 1.5 yaşına qədər körpə uşaqla səyahət etdiyiniz zaman, əl yükünüzdə səyahət zamanı lazım olan qədər uşaq qidası götürə bilərsiniz.
  • “DUTY FREE” məhsulları qəbzləri ilə birlikdə möhürlənmiş paketlərdə daşındığı halda, digər hava limanlarında aldığınız bütün “DUTY FREE” məhsulları əl yükünüzdə götürülə bilər.
  • Mayelərin rentgen avadanlığı ilə yoxlanılması tələb edildikdə, onları ayrı-ayrılıqda qablara qoyun.

Maye, aerozol və gel nümunələri

  • İçkilər (su və ya meyvə şirəsi)
  • Şorba və souslar
  • Ətir və dezodorantlar (maye və ya qatı tərkibli)
  • Krem, məlhəm, losyon və yağlar
  • Kosmetik vasitələr (məs: tuş və dodaq boyası)
  • Pastalar (məs: diş pastası)
  • Preslənmiş köpüklər və spreylər (məs: üz qırxmaq üçün köpüklər, saç spreyləri və püskürdücü dezodorantlar)
  • Gellər (məs: saç və duş gelləri)
  • Kontakt linzalar üçün məhlul
  • Maye tərkibli konservləşdirilmiş qida
  • Oxşar tərkibli hər hansı digər əşya

Elektron avadanlığınızı çantanızdan çıxarın

Telefon, noutbuk, planşet və elektron kitablar müvəqqəti olaraq əl yükünüzdən çıxarılmalıdır. Onları pulqabı, qol saatı, kəmər, açar və cibinizdə olan digər əşyalarınızla birgə qaba yığaraq konveyer lentinin üzərinə qoymalısınız.

Üst geyiminizi çıxarın

Zəhmət olmasa üst geyiminizi – gödəkcə, jaket, palto, papaq, boğazlı ayaqqabılarınızı çıxarın və qaba yığaraq konveyer lentinin üzərinə qoyun.

Əl yükünüzü konveyer lentinin üzərinə qoyun

Özünüzlə təhlükəli əşyalar götürməyin

Təhlükəli əşyalar siyahısında sadalananlar istisna olmaqla, əl yükünüzdə bir sıra əşyaların daşınmasına icazə verilir. İti və küt əşyaların əl yükündə daşınması qadağandır.

Əl yükündə daşınması qadağan olunan əşyaların siyahısını yüklə - 1 MB (.pdf)

Metal detektor vasitəsilə yoxlamadan keçin

Nəzərə alın ki, tələb edildiyi halda siz gücləndirilmiş təhlükəsizlik baxışından keçə bilərsiniz.