Hava limanına necə getmək olar

Avtomobillə

Şəhərin istənilən yerindən Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmək çox asandır. Bütün yollar günün 24 saatı açıqdır. Hava limanında hər bir terminalın qarşısında avtomobillər üçün rahat dayanacaq mövcuddur. Hava limanına istiqaməti göstərən yol nişanlarına riayət etməklə və ya Xəritədə hava limanını seçməklə səfərinizi planlaşdıra bilərsiniz.

Heydər Əliyev Beynəlxalq Aeroportundakı dayanacaq barədə ətraflı məlumat

Heydər Əliyev Beynəlxalq Aeroportunda avtomobillərin icarəyə götürülməsi və qaytarılması barədə ətraflı məlumat

“Aero Express” avtobusları ilə

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.

Hava limanı ekspress xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən, Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və sərnişinlərin ayaq üstə duraraq daşınması nəzərdə tutulmayıb. Avtobusun salonunda internet, mini-mətbəx və iki hissəli baqaj bölməsi mövcuddur.

Ətraflı məlumat

Taksi ilə

Hava limanına taksi sifariş etmək üçün taksi operatorları ilə əlaqə saxlamağınız xahiş olunur.