Hava limanına yola düşməzdən əvvəl görülən işlər

Pasportunuzu yoxlayın

Səyahət etibarlı şəxsiyyət vəsiqəsi və ya pasportla həyata keçirilməlidir. Nəzərə alın ki, bəzi ölkələr oraya daxil olduğunuz tarixdən həmin ölkəni tərk edəcəyiniz tarixə kimi bir neçə ay müddətinə etibarlı olan pasport tələb edirlər.

Səyahət sənədlərinizi yoxlayın

Viza tələb edilirmi?

Bu sizin səyahət etdiyiniz ölkədən asılıdır. Son təyinat ölkəsinə daxil olmaq üçün etibarlı vizanızın (tətbiq edildiyi halda) olduğunu yoxlamağınız xahiş edilir.

Faydalı keçid: http://www.iatatravelcentre.com

Baqajınızı yoxlayın

Baqajınızı və əl yükünüzü təhlükəsizlik qaydalarına və aviaşirkətin qaydalarına uyğun qablaşdırın.

Baqajda daşınması qadağan olunmuş əşyaların siyahısını yüklə - 1 MB (.pdf)

Qeydiyyatdan keçən baqajınızın çəkisini yoxlayın

Hər bir aviaşirkətin baqajın maksimal çəkisi ilə bağlı özünəməxsus qaydaları mövcuddur. Baqajın çəkisi biletinizdə qeyd edilməlidir.