Pasport nəzarəti və miqrasiya 

Pasport və minik talonunu hazir vəziyyətdə saxlayın.

Təhlükəsizlik üzrə baxış başa çatdıqdan dərhal sonra pasport nəzarətindən keçməlisiniz. Səyahətə başlamazdan əvvəl şəxsiyyət vəsiqənizin, pasportunuzun və vizanızın (tələb olunduğu halda) etibarlı olduğunu yoxlayın. Unutmayın ki, bəzi ölkələr oraya daxil olduğunuz tarixdən bir neçə ay müddətinə etibarlı olan pasport tələb edir.

Pasportunuzu hazır edin və pasport nəzarəti prosedurlarından keçmək üçün Azərbaycan Respublikasının Vətəndaşları, Xarici Vətəndaşlar və ya Diplomatik Şəxslər yazılan müvafiq masaya yaxınlaşın.

Sərnişinlər

Masa nömrəsi

Zona A

Masa nömrəsi

Zona B

Diplomatik şəxslər

1

14

Azərbaycan Respublikasının vətəndaşları

3,4,5,6,7,8,9,10,11,

3,4,5,6,7,8,9,10,11,

Xarici vətəndaşlar

10,12

10,12

Sürətli keçid, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər və ya uşaqlı ailələr

2

13

Miqrasiya xidməti

13,14

1,2

Qeyd

Azərbaycan Respublikasına səfəriniz 10 gündən çox olduğu halda, “onlayn” qeydiyyatdan keçmək məcburidir (Miqrasiya xidmətinin rəsmi internet səhifəsinin (www.migration.gov.az) “Elektron xidmət” pəncərəsində yerləşən “Olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olub qeydiyyatdan keçə bilər və ya Azərbaycan Respublikasına daxil olduqdan sonra 10 gün ərzində birbaşa regional miqrasiya şöbələrinə müraciət edə bilərsiniz. Əks halda, Azərbaycan Respublikasını tərk etdiyiniz zaman pasport nəzarət məntəqəsindəki miqrasiya xidmətinin heyəti tərəfindən cərimə olunacaqsınız. Daha ətraflı məlumat üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.