Gömrük

Baqajınızda bəyan edilməli olan əşyalar olmadıqda, birbaşa Təhlükəsizlik baxışı zonasına keçin.

Baqajınızda bəyan edilməli olan əşyalar olduğu halda, üçüncü mərtəbədə təhlükəsizlik zonasından əvvəl Gömrük məntəqəsinə yaxınlaşmağınız xahiş olunur. Bəyan edilməli olan əşyalar (pul valyutaları, tütün məmulatları, alkoqollu içkilər, əntiq əşyalar, diri heyvanlar və s.) və ya Azərbaycan Respublikasından ixrac edilməsi qadağan edilmiş əşyalar barədə ətraflı məlumat üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.

Faydalı keçid: http://www.iatatravelcentre.com