Qeydiyyat və baqajın daşınma üçün təhvili

Qeydiyyat

Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin.

Bir qayda olaraq, nəzərə almalısınız ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır.

“Onlayn” Qeydiyyat

Aviaşirkətinizdən asılı olaraq, Siz uçuşdan 48 saat əvvəl “onlayn” qeydiyyatdan keçə bilərsiniz.

Özünəxidmət köşkləri

Siz minik talonunuzu gediş zalında yerləşən qeydiyyat üzrə özünəxidmət köşklərinin birindən əldə edə bilərsiniz. “Azərbaycan Hava Yolları” aviaşirkətinin reysləri üçün özünəxidmət köşkləri mövcuddur.

Qeydiyyat masası

Qeydiyyat masaları uçuş vaxtından ən azı 2 saat əvvəl açılır. Səyahət üçün etibarlı sənədlərinizi – pasport, aviabilet və ya təxsisetməni təsdiq edən sənədi və son təyinat məntəqəsinə giriş vizanızı (əgər mövcuddursa) hazır edin. Bəzi aviaşirkətlər xidmət və imkanlardan daha yaxşı zövq almaq üçün daha tez qeydiyyatdan keçmək imkanı verir.

Qeydiyyat masasında

Aviaşirkət və ya yerüstü xidmət əməkdaşlarından biri sizin baqajı baqaj lentinə yerləşdirərək baqaj birkasını baqajın üzərinə yapışdırır və sizə talon təqdim edir.

Qeydiyyatdan keçən baqajın tərkibində qadağan olunmuş əşyaların siyahısını yüklə - 1 mb (.pdf)