Şəhərə necə getmək olar

“Aero Express” avtobusları ilə

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər gediş müddəti 30 dəqiqədir. Bu müddət yerli şəraitdən və nəqliyyat sıxlığından asılı olaraq dəyişə bilər.

Ekspress xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və sərnişinlərin ayaq üstə duraraq daşınması nəzərdə tutulmayıb. Avtobusun salonunda internet, mini-mətbəx və iki hissəli baqaj bölməsi mövcuddur.

“Aero Express” avtobusu barədə daha ətraflı məlumat

Taksi ilə

Rəsmi Taksi xidmətini 1-ci Terminalın çıxışının qarşısında (2-ci xətt) müştərilərin rəsmi taksiyə minik zonasında xidmət göstərən taksi operatorlarının "nizamlayıcılarından" sifariş edə bilərsiniz.

Terminaldan çıxarkən yol plitələrində və asfaltda qeyd olunan "RƏSMİ TAKSİ" nişanlarını izləyin.

Hər hansı bir anlaşılmazlığın qarşısını almaq üçün sizə rəsmi taksi operatorlarının xidmətlərindən istifadə etməyi tövsiyə edirik.

Taksi xidməti barədə daha ətraflı məlumat