Pasport nəzarəti və viza

Pasportu hazır vəziyyətdə saxlayın.

Pasportunuzu hazırlamağınız və “Azərbaycan Respublikasının vətəndaşları”, “Xarici vətəndaşlar” və ya “Diplomatik pasportları olan sərnişinlər” qeyd olunan müvafiq masaya yaxınlaşaraq pasport nəzarəti prosedurundan keçməyiniz xahiş olunur.

­­­

Sərnişinlər

Masanın nömrəsi

Diplomatik pasportu olan sərnişinlər

1

Azərbaycan Respublikasının vətəndaşları

2,3,4,5,6,7,8,9,10,11,12,13

Xarici vətəndaşlar

14,15,16,17,18,19,20,21,22

Sürətli keçid, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər və ya uşaqlı ailələr

23,24

Pasport nəzarəti başa çatdıqdan sonra, birinci mərtəbədə baqajın təhvili zonasına keçin. Əlil arabalarından istifadə edən sərnişinlər pasport nəzarəti məntəqəsindən keçdikdən sonra liftlərdən istifadə edə bilərlər.

­­ Azərbaycan respublikasina daxil olmaq üçün viza

Giriş və viza tələbləri barədə daha ətraflı məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən (http://mfa.gov.az/content/918) əldə etmək olar.

Azərbaycan Respublikasına daxil olmaq üçün giriş vizasına görə dövlət rüsumu

“ASAN VISA” haqqında daha geniş məlumatla https://evisa.gov.az/en səhifəsində tanış ola bilərsiniz.

Giriş vizasına ehtiyacınızın olub-olmadığını buradan yoxlaya bilərsiniz: http://www.iatatravelcentre.com

Gəldiyiniz zaman viza üçün müraciət etməyinizə icazə verildiyi halda, pasport nəzarətindən keçməzdən əvvəl viza təminat masasına( iki masa) yaxınlaşa bilərsiniz (xəritə)

Qeyd

Azərbaycan Respublikasına səfəriniz 10 gündən çox olduğu halda, “onlayn” qeydiyyatdan keçməyiniz məcburidir (Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin (www.migration.gov.az) “Elektron xidmət” bölməsində yerləşən “Olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olub qeydiyyatdan keçə bilər və ya Azərbaycan Respublikasına daxil olduqdan sonra 10 gün ərzində birbaşa regional miqrasiya şöbələrinə müraciət edə bilərsiniz. Əks halda, Azərbaycan Respublikasını tərk etdiyiniz zaman pasport nəzarəti məntəqəsindəki miqrasiya xidmətinin heyəti tərəfindən cərimə olunacaqsınız. Daha ətraflı məlumat üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.