Aero Express

“Aero Express” marşrut xətti üzrə avtobuslar günün 24 saatı xidmət göstərir. Hava limanından sonuncu dayanacağa qədər səyahət müddəti 30 dəqiqədir. Səyahət müddəti yolda olan şəraitdən aslıdır.

Ekspress xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir. Avtobusda oturacaqların sayı 48-dir və sərnişinlərin ayaqüstə daşınması nəzərdə tutulmayıb. Avtobusun salonunda internet, mini-mətbəx və ikili baqaj bölməsi mövcuddur.

Marşrut: Heydər Əliyev Beynəlxalq Aeroportundan 28 May metro stansiyasına/Mərkəzi Dəmir Yolu Vağzalına

Hava limanından yola düşmə vaxtı

06:00; 06:30; 07:00; 07:30; 08:00; 08:30; 09:00; 09:30; 10:00; 10:30; 11:00; 11:30; 12:00; 12:30; 13:00; 13:30; 14:00; 14:30; 15:00; 15:30; 16:00;16:30; 17:00; 17:30; 18:00; 18:30; 19:00; 19:40; 20:20; 21:00; 22:00; 23:00; 00:00; 1:00; 02:00; 03:00; 04:00; 05:00

Marşrut: 28 May metro stansiyasından/Mərkəzi Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Aeroportuna

28 May metro stansiyasından yola düşmə vaxtı

06:00; 06:30; 07:00; 07:30; 08:00; 08:30; 09:00; 09:30; 10:00; 10:30; 11:00; 11:30; 12:00; 12:30; 13:00; 13:30; 14:00; 14:30; 15:00; 15:30; 16:00;16:30; 17:00; 17:30; 18:00; 18:30; 19:00; 19:40; 20:10; 21:00; 22:00; 23:00; 00:00; 1:00; 02:00; 03:00; 04:00; 05:00

“Aero Express“ avtobusları “BakıKart” sistemi əsasında fəaliyyət göstərir. “BakıKart” beynəlxalq standartlara əsasən sərnişinlərin tələblərinə cavab verən elektron ödəniş kartıdır. “Aero Express” pul vəsaiti qəbul etmir. Siz “BakıKart”larını tez və asan əldə edə bilərsiniz. “Aero Express” avtobusuna bilet almaq üçün 1-ci terminalın çıxışında yerləşən “BakıKart” satış və yükləmə aparatlarından birinə yaxınlaşa bilərsiniz (xəritə). “BakıKart” satış və yükləmə aparatları yalnız nəğd pul qəbul edir (kağız pullar və qəpiklər).

Məhdud istifadə üçün BakıKartı

1.50 AZN

“BakıKart” Smart kartı

1.30 AZN

Daha ətraflı məlumat üçün http://www.aeroexpress.az/ internet səhifəsinə daxil olmağınız xahiş olunur

Avtomobillərin İcarəyə Götürülməsi

İcarəyə verilən avtomobillər üçün dayanacaq

Avtomobillərin icarəyə götürülməsi

İcarəyə verilən avtomobillər üçün xüsusi dayanacaq mövcuddur. İcarəyə verilən avtomobillər üçün ayrılmış dayanacağa getmək üçün terminaldan çıxdıqdan sonra nişanları izləyin.

İcarəyə götürülmüş avtomobilin qaytarılması

Birinci terminalın avtodayanacağına daxil olduqdan sonra icarəyə götürdüyünüz avtomobili qaytarmaq üçün Avtomobillərin icarəyə götürülməsi / qaytarılması nişanlarını izləyin.

Heydər Əliyev Beynəlxalq Aeroportunda avtomobillərin icarəyə götürülməsi xidməti aşağıdakı şirkətlər tərəfindən təqdim edilir:

Aznur

Ofisin yerləşdiyi məkan: Terminal 1, gediş və gəliş zalı (Zona A)

Xidmət saatları: 24 saat

Avtomobillərin icarəyə götürüldüyü və qaytarıldığı yer (xəritə)

Operator

Xidmət saatları

Əlaqə

AZNUR

24 saat

+994 50 335 35 65

+994 12 497 85 72

reservation@aznur.az