Ödəniş Terminalı

Ödəniş terminalları aşağıdakı yerlərdə mövcuddur.

Birinci terminalın əsas çıxışında (ümumi zonada) xəritə.

Siqaret Çəkmə Yerləri

Siqaret çəkən şəxslərin rahatlığı üçün Terminal kompleksinin daxilində və xaricində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmışdır.

Siqaret çəkmək üçün xüsusi ayrılmış yerlər

3-cü mərtəbə

Gediş

Baxışdan sonrakı zona

Xəritə

1-ci mərtəbə

Gəliş

Baxışdan sonrakı zona

Xəritə

1-ci mərtəbə

Terminalın çıxışında

Baxışdan öncəki zona

Xəritə

Namaz otağı

Namaz otağı gediş zalında (3-cü mərtəbədə pasport nəzarətindən sonra) yerləşir. Dəstəmaz otağı “Duty-Free” mağazalarının yanında yerləşir.

Yardım qutuları

Yardım qutuları aşağıdakı zonalarda mövcuddur:

Duty-Free mağazalarının yerləşdiyi zona (baxışdan sonrakı zona) Xəritə

Baqajın təhvili zonası (baxışdan sonrakı zona) Xəritə

Salam Xidməti

“Salam Xidməti” bir sıra xidmətlər paketindən ibarətdir: “Salam Gold” Xidməti (Sürətli keçid, təyyarədə prioritet oturacaqlar, hava limanında bütün rəsmi prosedurlardan növbəsiz keçmək imkanı və portye xidməti) və “Salam Platinum” Xidməti (“Salam” gözləmə zalına ayrıca giriş, fərdi qeydiyyat və hava gəmisinə qədər müşayiət, 3-cü mərtəbədə gözləmə zalı).

Siz bu xidməti əvvəlcədən və ya Terminalda yerləşən “Salam Xidməti” masasına (girişdə təhlükəsizlik baxışından əvvəl) yaxınlaşaraq sifariş edə bilərsiniz.

Operator

Xidmət saatları

Əlaqə

VİP Aviasiya Xidməti

24 saat

(+994 12) 497 27 72

*1888

reservations@vipavia.az

ƏDV-nin qaytarılması

ƏDV-nin qaytarılması xidməti birinci mərtəbədə A Zonasında yerləşir.

Hava limanında ƏDV-nin qaytarılması barədə ətraflı məlumat əldə etmək üçün http://www.taxfree.az saytına daxil ola bilərsiniz.

Tualetlər

Birinci terminalın bütün zonalarında tualet otaqları mövcuddur.

Baqajın Bağlanması

Baqajın bağlanması xidməti birinci mərtəbədə, A və B Zonasında, qeydiyyat masalarının yanında aparılır. Beləliklə, baqajınızı xüsusi polimer materialla sarımaqla daşıma zamanı şəxsi əşyalarınızın və baqajınızın zədələnməsinin qarşısını ala bilərsiniz. Bu xidmətin qiyməti 5 AZN təşkil edir.

Kitabxana

Birinci terminalda yerləşən kitabxanadakı kitablar vasitəsilə siz müxtəlif xalqların mədəniyyəti ilə tanış ola bilərsiniz. Uçuşdan əvvəl və ya uçuşlar arasında sizə uyğun kitabı məhz burada tapa bilərsiniz. Heydər Əliyev Beynəlxalq Aeroportunda reysinizi gözləyərkən vaxtınızı kitab oxumaqla keçirə bilərsiniz. Kitabı oxuduqdan sonra rəfə qoymağı unutmayın.

Birinci terminalda gediş zalında (baxışdan sonrakı zonada) Xurcun kafesinin yanında yerləşir

Müşahidə Zonası

Müşahidə zonası gələn sərnişinləri baqajın təhvili zonasında yaxın məsafədən görməyə imkan verən açıq, cəlbedici və geniş sahədir.

Dərman Vasitələri üçün Aparatlar

Pharmacy vending machines can be found in various locations in the terminal. (Departure and Arrival)

Enerji Yükləmə Məntəqəsi

Bu gün biz həyatımızı elektron cihazlar olmadan təsəvvür edə bilmirik. Gediş, gəliş və tranzit reyslər zamanı biz bu cihazların necə əhəmiyyətli anlayırıq.

Bu səbəbdən terminalın üçüncü mərtəbəsində (baxışdan sonrakı zonada) mobil telefonlar, smartfonlar, planşetlər və ya portativ kompyuterlər üçün enerji yükləmə məntəqələrimiz mövcuddur.

İçməli su

İçməli su qurğusu aşağıdakı yerlərdə mövcuddur.

Gediş zalı, üçüncü mərtəbədə (baxışdan sonrakı zonada).

İçki və Qəlyanaltıların Satışı üçün Aparatlar

Drink & Snacks vending machines can be found in various locations in the terminal.

Yataq Şəraiti olan Kabinələr

Aviaşirkətin biznes sinif oturacaqları formasında hazırlanmış “GoSleep” 180° açılaraq rahat düz çarpayıya çevrilən müasir oturacaqlardır.

istehsalı olan müasir üslublu “GoSleep” kabinələrinin istifadəsi çox rahatdır, istifadəçiləri işıq şüalarından və insanlardan qorumaq üçün qismən və ya tam bağlana bilir. Yatmaq üçün nəzərdə tutulan bu kabinələrdə siz hava limanındakı izdihamdan və səs-küydən istirahət edə bilərsiniz.

Yataq şəraiti olan kabinələrdə əl yükünün və digər qiymətli əşyalarınızın saxlanılması üçün geniş və təhlükəsiz yerlər mövcuddur, həmçinin burada sərnişinlər noutbuklar, mobil telefonlar və digər elektron cihazlara enerji yükləyə, eyni zamanda planşet kompyuterlər vasitəsilə internetdən istifadə edə bilərlər.

Yataq şəraiti olan kabinələr hazırda birinci terminalın gediş zonasında, üçüncü mərtəbədə (baxışdan sonrakı zonada) mövcuddur.