İlk Tibbi Yardım Məntəqəsi

İlk tibbi yardım məntəqəsi A Zonasında, üçüncü mərtəbədə (uçuşqabağı təhlükəsizlik baxışından əvvəl, “Ləzzət” restoranının yaxınlığında) yerləşir.

Bu məntəqə ilk tibbi yardım göstərmək üçün bütün zəruri avadanlıqla təchiz edilib.

Yüngül və ya kəskin xroniki xəstəliyi olan sərnişinlərə ixtisaslaşmış ilk tibbi yardım göstərilə bilər. Tibb məntəqəsindəki mütəxəssislər sərnişinlərə aviaşirkətlərin xidmətlərindən istifadə edərkən tibbi müayinələrdən keçməyi məsləhət görürlər.