Baqaj Arabaları

Baqaj arabalarını müxtəlif yerlərdən - Birinci Terminalın daxilindən/xaricindən, avtomobil, avtobus və taksi dayanacaqlarından götürmək mümkündür.

Gediş və gəliş zallarında baqaj arabalarından istifadə ödənişsizdir.

Yola düşən sərnişinlər baqaj arabalarını dayanacaqda və Birinci Terminalın daxilində (girişdə təhlükəsizlik baxışından sonra) götürə bilərlər.

Gələn sərnişinlər isə baqaj arabalarını baqajın təhvili zalında götürə bilərlər.

* Baqaj arabalarının eskalatorlarda istifadəsi qəti qadağandır.

Portye Xidməti

Hava limanında gediş-gəliş zamanı baqajınızın təhvil-təsliminə yardım göstərilməsi üçün “Portye Xidmətindən” istifadə edə bilərsiniz.

Gediş zamanı portye baqajlarınızın dayanacaqdan aviaşirkətinizin qeydiyyat masasına qədər daşınmasına sizə yardım edəcəkdir.

Gəliş zamanı isə baqajınızı baqaj konveyerindən götürərək avtodayanacağa qədər daşınmasına yardım edəcəkdir.

Siz bu xidməti əvvəlcədən və ya Terminalda yerləşən “Salam Xidməti” masasına (girişdə təhlükəsizlik baxışından əvvəl) yaxınlaşaraq sifariş edə bilərsiniz.

Ətraflı məlumat üçün zəng etməyiniz xahiş edilir.

Operator

Xidmət saatları

Əlaqə

VİP Aviasiya Xidməti

24 saat

(+994 12) 497 27 72

*1888

reservations@vipavia.az