AZAL Biznes sinif sərnişinləri üçün qeydiyyat zalı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Biznes sinif sərnişinləri üçün Qeydiyyat zalı 1-ci Terminalın A Zonasında, birinci mərtəbədə yerləşir. Siz AZAL Biznes sinif sərnişinləri üçün qeydiyyat zalına fərdi avtomobillə 1-ci zolaqdan və fərdi girişdən daxil ola bilərsiniz. Nəzakətli işçi heyəti reys üçün sizi və baqajınızı qeydiyyatdan keçirəcək və təhlükəsizlik və pasport nəzarətindən keçirdərək əsas AZAL Biznes sinif zalına qədər müşayət edəcəkdir. Burada siz istirahətə davam edə bilər və hava gəmisinə minmək üçün gözləyə bilərsiniz.

Zal xüsusi olaraq “Azərbaycan Hava Yolları”nın sərnişinləri üçün nəzərdə tutulub. Geniş və sakit məkandan zövq almaq üçün burada hər bir şərait mövcuddur.

Bu zalda aşağıdakı xidmətlər təklif olunur:

  • İstirahət zonası
  • Faydalı qəlyanaltılar və içkilər
  • Əlavə bufet
  • Ödənişsiz WiFi

Bu zalda siqaret çəkməyə icazə verilir.

Biznes Sinif Zalı

Biznes sinif zalında uçuşdan əvvəl digər aviaşirkətlərin sərnişinlərinin istirahətinin xoş olması üçün hər bir şərait mövcuddur. Bütün gün ərzində fəaliyyət göstərən, özünəməxsus xidmətlər təqdim edən geniş, sakit və müasir məkanda zövqlə istirahət edin. Dəbdəbəli istirahət üçün aşağıdakı xidmətlər təklif olunur:

  • İstirahət zonaları
  • Faydalı qəlyanaltılar və içkilər
  • Əlavə bufet
  • Ödənişsiz WiFi

Bu zalda siqaret çəkməyə icazə verilir.