Şeraton Oteli

“Sheraton Baku Airport” otelində yüksək səviyyəli xidmətlərlə özünüzə xoş istirahət bəxş edin

Şeraton oteli Heydər Əliyev Beynəlxalq Aeroportunun Birinci Terminalından piyada 5 dəqiqəlik (və ya avtomobillə 1 dəqiqəlik) məsafədə yerləşir.

Oteldə idman zalı, lüks spa mərkəzi, qapalı hovuz, türk hamamı və Tayland masajı fəaliyyət göstərir. Şeraton oteli Abşeron çimərliyindən (Xəzər dənizindən) avtomobillə 10 dəqiqəlik məsafədə yerləşir.

Şeraton otelinin müasir üslublu geniş otaqları havalandırma sistemi ilə təchiz edilib. Hər bir otaqda plazma televizor və ayrıca vanna və duş kabinəsi ilə təchiz edilmiş hamam otağı mövcuddur.

Otelin zərif “Flavours” restoranında səhər yeməyi və Aralıq dənizi mətbəxindən seçilmiş nahar və şam yeməkləri təklif olunur. Yay mövsümündə qonaqlar həmçinin açıq hovuz ərazisində yerləşən Bakı bar xidmətindən zövq ala bilərlər.

“Link Café”də istirahət edə, “Fly İnn” idman barında isə idman yarışlarını TV-də izləyə bilərlər. Otelin daxilində istirahət və əyləncə üçün həmçinin bilyard mövcuddur.

Oteldə qonaqların istifadəsi üçün 205 otaq, 8 konfrans zalı və əlamətdar günlərin və tədbirlərin keçirilməsi üçün 10-650 nəfərlik zal mövcuddur.

Qonaqların sorğusundan asılı olaraq, onların oteldən hava limanına və hava limanından otelə daşınması üçün fasiləsiz və ödənişsiz nəqliyyat xidməti təklif edilir.

“Sheraton Baku Airport” otelində günün 24 saatı fəaliyyət göstərən qeydiyyat bölməsi və ödənişsiz dayanacaq mövcuddur. Oteldən Bakı şəhərinin tarixi abidəsi, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş “İçəri Şəhər” və “Qız Qalası”na maşınla cəmi 25 dəqiqəyə çata bilərsiniz.

Ətraflı məlumat üçün “Sheraton Baku Airport Hotel” internet səhifəsinə daxil ola bilərsiniz.