AddToAny

Facebook Twitter Google+ Google+
Ekspress avtobuslar
Paylaş:

BakuBus2.jpg

Baku Bus H1 ekspress avtobuslarında gediş haqqı BakiKART smart-kartı ilə ödəniş zamanı 1.30 AZN  və birdəfəlik gediş talonu ilə ödəniş zamanı isə 1.50 AZN  təşkil edir. Smart-kartları və talonları Terminal 1-in çıxışından solda və Terminal 2-nin çıxışından sağda yerləşən kassa aparatında əldə etmək olar. 

Ekspress avtobuslar 30 dəqiqəlik intervalla 24 saat xidmət göstərirlər. Avtobus hava limanı və son dayanacaq məntəqəsi - "28 May" metro stansiyası arasında yalnız bir dayanacaqda - "Koroğlu" metrostansiyasının yaxınlığında dayanır. Hava limanından son dayanacağa kimi 30 dəqiqəyə çatmaq mümkündür.

Baku Bus şirkətinin komfortlu “Neoplan” avtobusunda kondisioner, ayaqyolu və geniş baqaj hissəsi mövcuddur.

Hərəkət cədvəli və ətraflı məlumat üçün http://www.aeroexpress.az/ saytına müraciət edə bilərsiniz.